Maraqlı

Briqada generalı Laura Yeqer ABŞ ordusunda piyada diviziyasına rəhbərlik edən ilk qadın olacaq

10 İyun 2019 22:53
0 Şərh     Baxış: 1 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Briqada generalı Laura Yeqer ABŞ ordusunun piyada diviziyasına rəhbərlik edən ilk qadın olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəllər İraqda "Black Hawk" helikopterlərinin uçuşlarına rəhbərlik etmiş Laura Yeqer Kaliforniya milli qvardiyasının 40-cı piyada diviziyasının komandiri vəzifəsini iyunun axırlarında Los-Alamitosda koalisiya qüvvələrinin təlim bazasında keçiriləcək rəsmi mərasimdə qəbul edəcək.

Leytenant Conatan Şiroma "USA TODAY" qəzetinə müsahibəsində deyib: "Mənim fikrimcə, bu, Kaliforniya milli qvardiyası üçün mühüm məqamdır. Laura Yeqer batalyon komandiri, briqada komandiri olub, indi isə diviziya komandiri olacaq. O, buna layiqdir".

Yeqer 10.000-dən çox əsgəri birləşdirən bu diviziyanın idarə edilməsinə görə məsuliyyəti general-mayor Mark Malantidən qəbul edəcək.

Yeqer orduda xidmətə 1986-cı ildə Lonq-Biçdə Kaliforniya Dövlət Universitetində ehtiyatda olan zabitlər hazırlayan korpusu bitirərək kiçik leytenant rütbəsində başlayıb. 1989-cu ildə hərbi helikopterlərin idarə edilməsi üzrə təhsilini başa vurduqdan sonra "UH-60 Black Hawk" helikopterlərində tibbi təxliyə pilotu kimi xidmət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.