Maraqlı

Ya internet, ya da ulduzlar

11 İyun 2019 07:11
0 Şərh     Baxış: 589

Qlobal internet bağlantısını təmin etmək üçün "SpaceX" şirkəti tərəfindən buraxılan "Starlink" peykləri, astronomların baş ağrısına səbəb ola bilər. Bəzi tədqiqatçılar bu internet peyklərinin kifayət qədər parlaqlıq səbəbindən, ulduzlu səmanı müşahidə etməyə mane olduğunu qeyd edirlər. Həm də, nəzərə almaq lazımdır ki, planetimizin ətrafındakı məkanda bu peyklərin sayının 12000-nə çatacağı planlaşdırılır.

Milli.Az ted.az-a istinadən bildirir ki, ilk vaxtlar peyklər xüsusilə parlaq görünürdü, lakin günəş panelləri düzgün istiqamətləndirildikdən sonra Yer müşahidəçilərinə tərəf əks olunan işığın miqdarı azaldı. Bundan başqa, bu aparatların xidmət müddəti cəmi beş ildir ki, vaxt keçdikcə problem öz-özünə həll olunacaq.

İlon Mask, peyklərinin mümkün təsirlərindən xəbərdar olduğunu gizlətmir, lakin o, "Starlink"in astronomiyaya "əhəmiyyətli təsir göstərməyəcəyinə" əmindir. Bundan əlavə, o, bu işə cavabdeh olan komandasından gələcək peyklərin əks etdirici qabiliyyətini azaltmağı xahiş etdiyini bildirib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.