Maraqlı

Günəşin temperaturu kəskin şəkildə artıb - VİDEO

11 İyun 2019 07:41
0 Şərh     Baxış: 1 040

Mütəxəssislər bildiriblər ki, son zamanlar Günəş səthinin temperaturu elmi ictimaiyyəti çox narahat edir. Ekspertlərin fikrinə görə, ulduzun bu cür yüksək temperaturu yer üzündə həyat üçün təhlükəli ola bilər.

Milli.Az ted.az-a istinadən bildirir ki, mütəxəssislər Günəşin vəziyyətini mütəmadi olaraq müşahidə etməklə, orada baş verən dəyişikliklər barədə hər zaman məlumat ala bilirlər. Bu yaxınlarda, ekspertlər Günəşin səthinin temperaturunda kəskin artım qeydə alıblar. Onların məlumatlarına görə, 5505 dərəcə Selsi ilkin temperaturla Günəş belə tezliklə bu qədər qıza bilməz, lakin əldə edilən göstəricilər əksini göstərir.

Alimlər Günəşin temperaturu artarsa, planetimizin alov şəkilli şüalarla məhv ola biləcəyindən narahatdırlar. Lakin, yaxın 1-2 milyard il ərzində Günəşin səthinin bu qədər qızması ilə bağlı təşvişə ciddi əsas yoxdur. Hələ ki, Yer kürəsində, bu halla bağlı təhlükə qeydə alınmayıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.