Maraqlı

Hərəkəti işıq sürətindən artıq olan obyekt aşkarlanıb

11 İyun 2019 07:51
0 Şərh     Baxış: 642

Astronomlar növbəti tədqiqat zamanı kosmik məkanda şübhəli obyekt qeydə ala biliblər. Obyektin əsas xüsusiyyəti ondan ibarətdir ki, onun hərəkət sürəti işıq sürətindən çoxdur.

Kosmik məkanda belə qeyri-adi obyektlərə nadir hallarda rast gəlindiyinə görə, qeydə alınmış bu fenomen alimləri heyran qoyub.

Milli.Az ted.az-a istinadən bildirir ki, mütəxəssislər obyekti hələ 2018-ci ildə qeydə alıblar. Lakin, onun hərəkət sürətinin fərqləndiyini o dəqiqə dərk etsələr də, bu barədə açıqlama verməyə tələsməyiblər. İndi isə obyektin işıqdan daha sürətli hərəkət etdiyini sübut edən astronomlar səssiz qala bilmirlər. Bu müddət ərzində onlar fenomeni ətraflı izah edə bilməsələr də, tədqiqatlar davam edir

Bəzi ekspertlər obyektin iki fərqli ulduzun birləşməsindən yaranan bir axıntı olduğunu düşünsələr də, bu nəzəriyyə təsdiqlənməyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.