Maraqlı

İşçilərə verilən ortalama maaş - 8 böyük texnoloji şirkət üzrə araşdırma

11 İyun 2019 08:01
0 Şərh     Baxış: 646

Bəzi şirkətlər həm öz mədəniyyətləri ilə, həm də işçilərini təmin etdikləri gəlirləri və imkanları ilə ideal həyat üçün qapılarını açırlar. Hal-hazırda bu baxımdan  texnologiya şirkətləri əsas rol oynayır. Bəs bu şirkətlərdə orta əmək haqqı nə qədərdi? Ən son məlumatlara görə, hazırladığımız siyahıya baxaq.

Texnologiya şirkətlərində işləmək bugünkü gənclərin ən böyük xəyal və məqsədlərindəndir. Buna görə rəqabət çox yüksəkdir və bu şirkətlər ərizəçilər arasında ən ideal namizədləri seçirlər. Digər tərəfdən, onlar dünya çərçivəsində  fəaliyyət göstərdikləri üçün dünyanın hər yerində işçi götürmək kimi bir vərdişləri var. Bu, xüsusilə ölkəmizdəki gənclər üçün böyük fürsətdir.

Əlbəttə ki, bir yerdə işləməzdən əvvəl orada olan imkanları müəyyənləşdirmək təbiidir. Bəs iş mədəniyyətləri və ofis mühitləri ilə tanınan bu nəhəng şirkətlər işçilərinə nə qədər maaş verirlər?

Milli.Az ted.az-a istinadən bildirir ki, ABŞ Fond Birjasına texnologiya şirkətləri tərəfindən verilən illik maliyyə hesabatlarını incələyən WIRED, 8 şirkətin ortalama əmək haqqını hesablanıb.

Amazon: 28 min 236 dollar

Azərbaycan valyutası ilə illik maaş: 48 min 921 manat

2017-dəki ortalama maaş: 28 min 446 dollar

Artım : 1-2 %

İBM: 55 min dollar

Azərbaycan valyutası ilə illik maaş: 93 min 309 manat

2017-dəki ortalama maaş: 54 min 491 dollar

Artım: 1-2 %

Tesla: 56 min 163 dollar

Azərbaycan valyutası ilə illik maaş: 95 min 280 manat

2017-dəki ortalama maaş: 54 min 816 dollar

Artım:  təxmini 4%

İntel: illik 106 min 900 dollar

Azərbaycan valyutası ilə illik maaş:  181 min 355 manat

2017-dəki ortalama maaş:102 min 100 dollar

Artım: təxmini 4%

Nvidia: illik 155 min 35 dollar

Azərbaycan valyutası ilə illik maaş: 263 min 15 manat

2017-dəki ortalama maaş:147 min 840 dollar

Artım: təxmini 5%

Twitter: illik 172 min 703 dollar

Azərbaycan valyutası ilə illik maaş: 292 min 989 manat

2017-dəki ortalama maaş:161 min 860 dollar

Artım: təxmini 6%

Facebook: illik 240 min 430 dollar

Azərbaycan valyutası ilə illik maaş: 407 min 887 manat

2017-dəki ortalama maaş: 228 min 651 dollar

Artım: təxmini 5%

Google: illik 246 min 886 dollar

Azərbaycan valyutası ilə illik maaş: 418 min 840 manat

2017-dəki ortalama maaş: 197 min 274 dollar

Artım: təxmini 25%

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.