Maraqlı

“YouTube”: arxa planda video oxutmaq üçün nə etmək lazımdır?

11 İyun 2019 08:31
0 Şərh     Baxış: 816

"YouTube" musiqi və video  proqramları üçün ən çox seçilən və sevilən proqramdır. İstifadəçilərə sıxıntı verən yeganə məsələ video və musiqilərin arxa planda oxutmağın yollarını bilməmələridir.

Milli.Az ted.az-a istinadən bunun üçün bir neçə müxtəlif həllər deyə bilərik.

- "Chrome" ilə "Youtube"a daxil olun, yuxarı sağ küncdə olan "3 nöqtə" işarəsinə klikləyin. Bundan sonra "Chrome"dan çıxın, telefonunuzun bildiriş panelində dayandırılmış videounu oxutmağa başlayın. Ekranı bu şəkildə söndürsəniz belə, video və ya musiqi oxunmağa davam edəcək.

- Normalda mesajlaşma proqramı olan "Telegram", bu mövzuda olduqca inkişaf etmişdir. Telegram vasitəsi ilə "YouTube" videosu göndərdiyinizdə, link altında olan kiçik şəkilə klikləyin və videonu oxutmağa başlayın. Oxutduğunuz video "Telegram" tətbiqindən çıxsanız belə, səslənməyə davam edəcək.

- İos üçün "Dolphin" tətbiqini yükləyin. İos bildiriş panelindən "Play" əmrinə kliklədikdə, video arxa planda oxumağa başlayacaq.
Bütün bunlardan əlavə "Android" əməliyyatlı telefonlar üçün bir neçə tətbiq də təklif edirik:

- OG YouTube

- FireTube

- Wiper

- Tubemate - Youtube Mp3 Converter

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.