Maraqlı

Süni intellekt insanlar kimi görə bilir

11 İyun 2019 08:15
0 Şərh     Baxış: 1 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Günümüzün texnologiyasının gündəmi olan süni intellekt, hər keçən gün yeni bir xəbər ilə qarşımıza çıxır. Bu dəfə ABŞ-ın Texas Universitetinin kompyuter mütəxəssisləri, süni intellekti insanlar kimi görə bilməyi öyrətdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, indiki dövrdə bir çox sahədə istifadə edilən və gün keçdikcə daha da funksional olaraq gördüyümüz süni intellekt texnologiyası, sürət kəsmədən inkişaf edir. Qərar qabiliyyəti tələb edən sistemlərdə süni intellekt ön plana çıxaraq insanlardan çox daha sürətli qərarlar verə bilir.

ABŞ-ın Texas Universitetinin kompyuter mütəxəssisləri, süni intellektə insan kimi görə bilməyi və gördüyünü qəbul edə bilməyi öyrətdi. Bu yeni görünüş qəbul etmə texnologiyasının əkinçilikdən tibbə qədər bir çox sektorda istifadə edilə biləcəyi ifadə edilir.

Layihənin üzvlərindən Kristen Qrauman, Santoş Ramakrişnan və Dineş Cayaraman, əvvəlcə süni intellektə ətrafını müşahidə etməyi və gördüklərinə dair bir nəticə çığarmağı öyrətdi. Bunu etmək üçün, süni intellektə fərqli mühit şərtlərinə sahib minlərlə 360 dərəcəlik görüntü tanıdıldı.

Araşdırma qrupundan Qraumana görə, bu yeni süni intellekt, dünya haqqında fərqli və faydalı çox məlumat əldə etdiyi üçün gələcəkdə fərqli məqsədlər üçün istifadə edilə bilər. Elm insanları bu süni intellektin bir vaxtlar məhdud məqsədlər üçün məhsuldar və sürətli işləyəcəyini düşünür. Hər hansı bir fəlakət vəziyyətində köməyə ehtiyacı olan insanlar dəqiqələr ərzində müəyyən edilə bilər və lazımlı kömək qısa müddətdə çatdırıla bilər.

Sistem hələ mükəmməl olaraq işləmir. Araşdırmaçıların bir sonrakı addımı, süni intellekti mobil bir robota köçürmək olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.