Maraqlı

Avtonom vasitələrə hörümçək hisləri verilə bilər

11 İyun 2019 08:25
0 Şərh     Baxış: 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni nəsil avtonom vasitələr, 'hörümçək hissləri' sayəsində artıq daha ağıllı olacaq.

Araşdırmaçılar; dron, təyyarə və avtomobillərə hörümçək hissləri əlavə etmək istəyir. Yəni məqsəd, avtonom vasitələrə qəzaları əngəlləmək üçün bir növ sensor əlavə etməkdir. "ACS Nano"da nümayiş olunan bir məqalədə, bir araşdırma qrupunun, avtonom vasitələrə hörümçəklərdən ilhamlanmış bir sensor əlavə etdiyi yazıldı. Bu sayədə vasitələrin daha sürətli məlumat seçərək əməliyyat etməsinə imkan veriləcək.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir ov hörümçək toruna düşdüyü zaman, hörümçəyin ayaqlarında olan tüklər müəyyən bir tezlikdə titrəyərək hörümçəyi hərəkətə keçirir. Ancaq tora bir toz düşdükdə, hörümçəyin ayaqlarında olan tüklər eyni tezlikdə titrəmir və buna görə də hörümçək hərəkətə keçmir. Araşdırmaçılar da eyni buna bənzər mexanizmə sahib bir sensor hazırlamaq istəyir.

Araşdırmaçıların yaratdıqları sensorlar, xarici bir güc ilə rastlaşdıqda forma dəyişdirir. Forma dəyişməsi, keçirici hissələrin bir-birinə yaxınlaşmasını təmin edir və bu sayədə sensorların içindən elektrik köməyiylə siqnallar daşınır. Bu siqnallar, avtonom sistemin necə hərəkət edəcəyini təyin edir. Əgər araşdırmaçı qrup belə bir sensoru qüsursuz bir formada ratamağı bacarsa, gələcəkdə qəzalardan asanlıqla qaça bilən avtonom vasitələri görməyə və istifadə etməyə başlaya bilərik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.