Maraqlı

"Bermud üçbucağı" ilə bağlı daha bir sirr açılıb

11 İyun 2019 08:35
1 Şərh     Baxış: 3 607

ABŞ-ın Kernel Universitetinin alimləri Bermud üçbucağının əmələ gəlməsinə səbəb olan vulkanların yaranma mexanizmini nəzərdən keçiriblər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər Bermud adasında sönmüş vulkandan nümunələr götürərək, əldə olunmuş mikroelementlərin tərkibini təyin etmişdir. Alimlərin fikrincə, əldə olunmuş nəticələr daha da dərin proseslərdən xəbər verir.

Riyazi modelləşdirmənin köməyi ilə, 400-650 kilometr dərinlikdə yerləşən, aşağı və yuxarı mantiya arasında əngəl yaranması ehtimal edilmişdir. Bu səbəbdən material əriyərək yuxarı çıxmışdır.

Bermud adaları gəmilərin və təyyarələrin yoxa çıxması kimi qeyri-adi hadisələrin baş verməsi hesab edilən Bermud üçbucağının bir hissəsi sayılır. Bununla belə, alimlər Bermud üçbucağına nisbətən dünya okeanlarında gəmi itkilərinin daha az baş verməsi nöqteyi-nəzərinə üstünlük verir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    mamuska · 11 İyun 16:2800

    Bermud ucbucaginin sirrini acmaq ucun ermeni bayraginin uzerinde resmi verilibse sabah ermeniler oranin da ermenilere aid oldugunu bildirecekler.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.