Maraqlı

Süni intellektin təhlükəsi

11 İyun 2019 08:46
0 Şərh     Baxış: 948
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yel Universitetinin fənlər arası bioetika mərkəzinin professoru Vendel Vallax bu barədə fikirini bildirmişdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, o, bildirmişdir ki, süni intellekt (Sİ) özü özlüyündə təhlükəli deyil, bu texnologiya mənfi istiqamətdə istifadə olunduqda təhlükəli ola bilər.

Mütəxəssisin narahatçılığı bu texnologiyanın insanların idarə olunmasında və kütləvi şəkildə izlənilməsində istifadə olunacağındadır.

Səslənən muxtəlif fikirlərə əsasən, belə bir texnologiya nəzarətdə olmalıdır. Sİ haqqında narahatçılıq əsasən onların nə vaxtsa üsyan edə biləcəyi və ya onların xidmətlərində istifadə olunaraq insanları işsiz qalmaları haqqındadır.

Vendel Vallaxın sözlərinə görə, Sİ-dən deyil, onları istifadə edəcək insanlardan qorunmaq lazımdır. Bununla yanaşı ekspert, yaxın həmkarlarının, 20 ildən sonra insan ağlına oxşar süni intellektin yaranacağı fikriylə də razılaşmayıb.

İndiki dövrdə süni intellekti misal çəkərək neyroşəbəkələri nümunə gətirmək olar. Neyroşəbəkələr, öhdəsində irihəcmli informasiya məkanları olaraq, oradan azad şəkildə məlumatları seçib, müstəqil olanlar arasında qanunauyğunluqları ayırd etmək və öyrənmək potensiala malikdir. Hal-hazırda belə şəbəkələr muxtəlif oyun sahələrində olan peşəkarlara rahatlıqla qalib gələ bilir.

Bu şəbəkələr astronomlara itmiş və ya yeni ulduz və planetlərin tapılmasında, mühafizə orqanlarına cinayət axtarışlarında, onlayn tərcümələrdə və saysız-hesabsız digər işlərdə kömək edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.