Maraqlı

Qadın hansı hallarda talaqdan sonra iddə müddətini gözləməyə bilər?

11 İyun 2019 21:15
0 Şərh     Baxış: 961

Qadın əksər həyati situasiyalarda talaqdan sonra mütləq iddə müddətini gözləməlidir. İddənin səbəblərindən biri də qadının hamilə olub-olmadığının aydınlaşmasıdır. Lakin qadın həyat yoldaşı ilə uzun müddət (bir neçə ay və ya bir neçə il) cinsi əlaqədə olmadığını söyləsə belə, yenə iddə saxlamalıdır. Çünki bu kimi məsələlər bir nəfərin sözü ilə sübuta yetməz.

Milli.Az islam.az-a istinadən bildirir ki, yalnız bəzi istisna hallarda qadının talaqdan sonra iddə saxlaması lazım deyil. Bu hallar şəriət kitablarında (risalə) qeyd edilib. Məsələn, əgər ərlə arvad arasında ümumiyyətlə cinsi əlaqə baş verməmişsə (ki, bu hal adətən cəmiyyət içində məlum olur və əlavə sübuta ehtiyac qalmır), yaşlı (yəni heyzdən kəsilmiş) qadına talaq verilmissə, bu halda iddə gözləməyə ehtiyac yoxdur. Hamilə qadının da iddəsi doğuşa qədərdir, uşağı dünyaya gətirdikdən sonra zamandan asılı olmayaraq iddəsi bitir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.