Maraqlı

Həzrət Peyğəmbərin Əbuzərə 3 qızıl nəsihəti

11 İyun 2019 22:45
2 Şərh     Baxış: 1 846

Əbuzər bir gün Həzrət Peyğəmbərdən (s) istəyir ki, ona nəsihət versin. Peyğəmbərimiz (s) də Əbuzərə nəsihət verir və buyurur:"Sənə İlahi təqvanı tövsiyə edirəm ki, hər bir şeyin başlanğıcıdır. Quran tilavət et və Allahı çoxlu yada sal. Çünki göydə(mələklərin) səni yada salmasına səbəb olar. Yer üzərində isə sənin üçün hidayət çırağı olar. (Sənə) sükut etməyi tövsiyə edirəm. Çünki şeytanı uzaqlaşdırar və sənə dini işlərində yardım edər".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Rəsuli-Əkrəmin (s) bu dəyərli nəsihətində üç mühüm nöqtə gizlənmişdir.

1. İlahi təqva ki, bütün yaxşılıqların başlanğıcıdır. Təqva elə bir batini gücdür ki, insanı günahdan saxlayar. Əgər insanda batini təqva olmazsa, zahiri təqvanın heç bir təsiri olmaz.

2. Quran oxumaq. Quran oxuyan insan istər-istəməz Allahı yada salar. Hər kim Allahı yada salar, mələklər onu yada salar və onun üçün bağışlanma istəyərlər. Quranın elə nuru vardır ki, yer əhli üçün hidayət çırağı olar. Ona görə də Quran oxumaq insana həm göydən və həm də yerdən faydalar endirər.

3. Həzrət Rəsulallah (s) sükutu danışmaqdan daha mühüm hesab edir və buyurur ki, sükut şeytanı (lən) insandan uzaqlaşdırar. Çünki sükut edən insan şeytanın (lən) silahlarını boşa çıxardar. Nə qeybət edər, nə töhmət vurar və nə də söz gəzdirər.

Bundan başqa, hər kim sükut edər - təfəkkür etməyi bacarar. Təfəkkür isə insanı Allaha yaxınlaşdırar.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    AZE · 11 İyun 23:1620

    Gözəl.

    Cavab yaz
  • Anonim
    günahkar bəndə · 12 İyun 10:4410

    ALLAH BİZLƏRİ SÖZ ADAMİ YOX ƏMƏL ADAMİ OLANLARDAN QƏRAR VERSİN AMİN

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.