Maraqlı

İnsanlarla münasibəti yaxşı etmək üçün 6 tövsiyə

11 İyun 2019 21:10
0 Şərh     Baxış: 722

Gözəl əxlaqa malik olmaq üçün bəzi məharətləri əldə etməyə çalışmaq lazımdır. Bu məharətlər ilə tanış olaq:

1. Qulaq asmağı bacarmaq. İnsanın nəfsini islah etməsində qulaq asmağı bacarmağın rolu böyükdür. Biz qarşı tərəfə cavab vermək üçün, onun dediklərinə diqqətlə qulaq asmağı bacarmalıyıq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, nə zaman kiminsə bizimlə dərdləşməyə ehtiyacı olur, o zaman həm gərək ona qulaq asaq və həm də onunla həmdərd olmağa çalışaq.

"Onların bəziləri Peyğəmbəri incidir və "o, (başdan-başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!" deyirlər.

De: "O, sizin üçün yaxşı bir qulaqdır, (bütün danışıqlarında) Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizdən iman gətirənlər üçün bir rəhmətdir".

Allahın Peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır". ("Tövbə" 61).

Bu ayə bizə örnək olaraq Həzrət Peyğəmbəri (s) tanıtmışdır ki, qulaq asmağı bacaran insan idi.

2. Təğafül. Təğafül odur ki, bir işdən xəbərin vardır, ancaq özünü elə göstərirsən ki, sanki xəbərsizsən. Bu əməl həyat yoldaşları arasındakı səmimiyyəti qoruyan vasitələrdəndir, övlarlarla münasibətdə tərbiyəvi amilə müsbət təsir edən . Yəni, həyat yoldaşının münasib olmayan rəftarını görməməzliyə vurur və ona fürsət verirsən ki, bu rəftarını düzəltsin. Əmirəl-möminin (ə) buyurur: "Hər kim təğaful etməz, gözünü bir çox işlərə yummaz - acı həyata malik olacaqdır".

3. Barışmağı bacarmaq. Barışmağı bacarmaq - insanın əxlaqını yaxşılaşdıran başqa məharətlərdən biridir. Əgər asan bağışlaya bilirsinizsə, deməli, qəlbiniz pakdır və kini kənara qoymuşdur. Əlbəttə ki, bu mövzu dostlara, ailə üzvlərinə, möminlərə, normal insanlara şamil olunur, din düşmənlərinə deyil.

4. Səxavətli olmaq. Bəxşiş etmək və hədiyyə bağışlamaq - əxlaqı gözəlləşdirən başqa məharətlərdəndir. Adətən dostlar və həyat yoldaşları arasında olan ülfəti və sevgini artırar. İmam Əli (ə) buyurur: "Xoş xasiyyətə malik olmaq üç şeydədir: haramdan uzaq olmaqda, halal ruzi əldə etməkdə və ailənin rifahını genişləndirməkdə".

5. Tərifləməyi bacarmaq. Adətən həyat yoldaşları bir-birinin yaxşı işlərini görən zaman tərifləməkdən çəkinir və bunu önəmsiz hesab edirlər. Bu, uşaqıları tərifləməyə də aiddir. Halbuki, qarşı tərəfi tərifləmək - onun bu işə həvəslənməsinə və həyat yoldaşının, övladın ona məhəbbətinin artmasına səbəb olar.

Bu məharət dostlar və qohumlar arasında da eyni cürdür. İnsan qarşı tərəfin zəhmətini görən zaman ona təşəkkür etməyi və qədrini bilməyi bacarmalıdır. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.