Maraqlı

Yaxşı qonşuluq ruzini artırar

11 İyun 2019 22:10
0 Şərh     Baxış: 463

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim bir vəcəb (ölçü bildirən sözdür) qədər qonşu torpağına xəyanət edərsə, Allah onun boynundan asılan kəndir qərar verər. Məgər tövbə edər və geri qayıdarsa - bu, başqa".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Hər kim qonşusuna əziyyət verərsə, Allah behiştin iyini ona haram edər və onun yeri cəhənnəm olar. Hər kim qonşusunun haqqını tələf edərsə - o, bizdən deyildir".

Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: "Qonşum mənə əziyyət verir".

Həzrət (s) buyurur: "Səbir et və münasib olmayan rəftar nümayiş etdirmə. Sənin səbrin onun ölümünə bais olar".

Bir müddət sonra həmin kişi yenə gəlir və deyir: "Qonşum öldü".

İmam Sadiq (ə) buyurur: "Yaxşı qonşuluq etmək ruzinin artmasına səbəb olar".

Hədislərdə oxuyuruq ki, yaxşı qonşu o deyildir ki, qonşusuna əziyyət verməz. Bəlkə yaxşı qonşu o kəsdir ki, qonşusunun əziyyətinə dözər və səbir edər.

Ona görə də qonşu haqqına diqqət edək və ondan qafil olmayaq ki, Qiyamət günü hesab verəcəyimiz mühüm mövzulardan biri də bu olacaqdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.