Maraqlı

Ömür sərmayəsi üçün ən üstün tətbiq

11 İyun 2019 21:20
1 Şərh     Baxış: 603

Ticarətin ən mühüm, ən mənalı növlərindən biri də axirət ticarətidir. Bəzən belə bir tacir dünyasını axirətinə satar. Bəzən də əksinə olar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Ən faydalı insanlar o kəslərdir ki, dünyalarını satar və əvəzində axirətlərini satın alarlar".

Əlbəttə, burada söhbət ömür sərmayəsindən gedir. Hər kim ömür sərmayəsini axirəti üçün xərcləyər - ən faydalı insanlardan hesab olunar və nicat tapar. Ancaq əksinə, hər kim ömür sərmayəsini ancaq dünyası və dünya rifahı üçün xərcləyər, axirətini unudar - o, ən çox ziyan edənlərdən olar.

İmam Əli (ə) başqa yerdə buyurur: "Hər kim özünü behiştdən qeyrisinə satar - özünə zülm etmiş olar".

Bu ticarətdəki satılan mal - özündən keçmək və nəfsinin hakimi olmaq, dünya ləzzətlərini tərk etmək, saleh əməllərlə məşğul olmaqdır. Çünki bu bazarda ancaq belə malların alıcısı vardır.

İmam Əli (ə) buyurur: "Saleh əməl kimi ticarət və savab kimi faydadan qeyrisi mövcud deyildir".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    günahkar bəndə · 12 İyun 14:4500

    GƏRƏK YAXŞİ ƏMMƏLLƏRİMİZLƏ AXİRƏTİMİZƏ AZÜQƏ YİĞAQ

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.