Maraqlı

Quran oxumağın dünya və axirət bərəkətləri

11 İyun 2019 23:20
11 Şərh     Baxış: 1 176

Quran tilavət etmək o qədər fəzilətə malik olan bir əməldir ki, həm dünya və həm də axirət bərəkətlərinə malikdir.

Həzrət Peyğəmbər (s) buyurur: "Evlərinizi Quran tilavəti ilə aydınladın. Onları qəbiristan etməyin".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quran kamil səma kitabı olaraq, İslam Peyğəmbərinə (s) bir möcüzə kimi nazil olmuşdur. Bu səma kitabı son və kamil səma kitabıdır ki, bəşərin hidayəti üçün yerə enmişdir. Ona görə də ən zəngin, ən mənalı və ən dərin səma kitabı hesab olunur. Quranın məqsədi - insanı təkamülə çatdırmaqdır.

Quran oxumağın dünya bərəkətləri ilə tanış olaq:

1. Duanın yerinə yetməsi. Peyğəmbərə (s) sual verirlər ki, ən üstün insanlar kimlərdirlər? Həzrət (s) buyurur:"O kəs ki, Quran oxumağa başlayar və onu xətm edər. Onun üçün Allah yanında yerinə yetmiş dua olar".

2. Hacətin yerinə yetməsi. Əmirəl-möminin (ə) buyurur: "Nə zaman sizlərdən birinizin hacəti olsa, cümə axşamı günü səhər tezdən evindən bayıra çıxsın və bayıra çıxan zaman "Ali-İmran" surəsinin son ayəsini, "Ayətül-kürsü"nü, "Qədr" və "Həmd" surəsini oxusun ki, onların oxunmasında dünya və axirət hacətlərinin yerinə yetməsi vardır".

3. Ruzi. Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman evdə Quranı çoxlu tilavət edərlər, xeyir və bərəkəti də çox olar. Həmin ev səma əhli üçün parlayar, necə ki, ulduzlar yer əhli üçün parlayar".

4. Xəstəliklərin əlacıdır. Quran insanın cismi və ruhi xəstəliklərinin dərmanıdır. "Biz, Qur'andan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik". ("İsra" 82).

Quran oxumağın axirət bərəkətləri:

1. Günahların bağışlanılması. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs yatağa uzanan zaman yüz dəfə "Tövhid" surəsini oxuyarsa, Allah onun 50 illik-günahlarını bağışlayar".

2. Həsənələri cəlb etmək. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim övladına Quran oxumağı öyrədər, sanki on min həcc və on min ümrə yerinə yetirmişdir. Həzrət İsmayil övladlarından on min qulu azad etmişdir. (Peyğəmbərin (s) bayrağı altında) on min döyüşdə olmuşdur. On min yoxsul ac müsəlmanı doyuzdurmuşdur. Sanki on min paltarsız müsəlmanı geyindirmişdir. Onun üçün hər hərfə görə on həsənə yazılar və on günahı bağışlanılar".

3. Behiştə daxil olar. Peyğəmbər (s) buyurur: "Hər kim cavan olan zaman Quran oxuyar və imanlı olar, Quran onun əti və qanı ilə qarışar. Quran onun üçün Qiyamət günü atəşdən maneə olar".

Bu hədislərdən də göründüyü kimi, Quran oxumağın həm cismə və həm də ruha təsirləri çox böyükdür. Bu müqəddəs ayda Quran oxumağı unutmayaq.

Milli.Az

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Əli · 12 İyun 09:0912

    Dünya müsəlmanlar 1400 ildir quran oxuyur. Özü də digər dinlərin köləliyi, qapazı altında çapalayır. İmkanınız olsa müsəlmanları bir azcada ELMİ kitabları oxumağa dəvət edin. Bəlkə qapazaltıqdan azca qurtula.

    Cavab yaz
    • Anonim
      Əlı yə · 13 İyun 05:0600

      Oxuyub ag gjndədi axi millət.....

      Cavab yaz
  • Anonim
    günahkar bəndə · 12 İyun 10:0910

    SALAMUN ALEYKUM OXUYUB ƏMƏL ETMƏK LAZİMDİ ELİM BİRİNCİ QURANDAN BAŞLAYİR DİN DONU ALTİNDA OLANLAR Dİ QAPAZ ALTİNDA ÇAPALAYANLAR ALLAH BİZİ QURANDAN VƏ PEYQƏNBƏR (s) VƏ PAK ƏHLİBEYTİNDƏN KƏNAR SALMASİN AMİN

    Cavab yaz
  • Anonim
    günahkar bəndə · 12 İyun 10:1410

    ƏLİ QARDAŞ Müsəlmanlarin elmi nailiyyətləri BAŞLİQİ ALTA MƏQALƏYYƏ NƏZƏR SALİN ZƏHMƏT OLMASA

    Cavab yaz
  • Anonim
    günahkar bəndə · 12 İyun 10:1620

    FİZİKA Əhməd ibn Musa "Qəribə sistemlər" adlı əsərində 1000-ə qədər avtomatik nəzarət sistemli cihazın planını çəkmişdir. Əbül-izz İsmayıl əl-Cəzəri (vəf. 1206) "Kitabül-xiyəl" ("Xəyallar kitabı") adlı əsərlə kibernetikanın əsasını qoydu. Optika elminin təməlini qoymuş İbn Heysəm (965-1051) "Görüntülər kitabı" ilə Rocer Bekon (1214-1294), Kepler (1571-1630) və Leonardo da Vinçi (1452-1519) kimi alimlərin fəaliyyətinə təkan verdi. Bu kitab 600 il elm dünyasında əsas əsər sayıldı. İşığın kürəvi aynalarda əks olunması mexanizmi də onun adı ilə "Alxazen problemi" (İbn Heysəmin Avropadakı adıdır) adlandırılır. Farabi (870-950) səsin fiziki izahını vermişdir. İbn Qərarə (vəf. 1100) ilk torna dəzgahını qurmuşdur.

    Cavab yaz
  • Anonim
    günahkar bəndə · 12 İyun 10:1720

    İlk uçuş sınağını həyata keçirmiş İsmail Cövhəri (950-1010) həlak oldu. "Həzarfən" ləqəbli Əhməd Çələbi (XVII əsr) çiyninə bağladığı qanadlarla İstanbuldakı Qalata qülləsindən Üsküdardakı Doğanlara qədər uçaraq, ilk uğurlu uçuşu həyata keçirdi. IV Murad zamanında yaşamış Laqari Həsən Çələbi isə raket tipli ixtirasıyla ilk uçuş sınağını həyata keçirmək şərəfini qazandı. İlk təyyarə tipli cihazı hələ 880-ci ildə İbn Firnas adlı müsəlman alimi qurmuşdur. O, quş tükü və qumaşdan istifadə etməklə hazırladığı təyyarədə uzun müddət havada qaldı və süzərək yerə endi. Qərbdə isə yalnız 1903-cü ildə Orvilla Rayt qardaşları təyyarədə ilk uçuşu həyata keçirdilər.

    Cavab yaz
    • Anonim
      11111 · 14 İyun 12:2401

      menbe wikipedia

      Cavab yaz
  • Anonim
    günahkar bəndə · 12 İyun 10:1820

    Yerin cazibə qüvvəsinin Nyuton tərəfindən kəşf edildiyini düşünürlər. Halbuki, Razidən tutmuş Biruniyə, hətta Xaziniyə qədər İslam alimləri yerin cazibə qanunu ilə maraqlanmışlar. Professor İsmayıl Hakkı İzmirli və Əhməd Gürgan, Razi və Biruninin yerin cazibəsi ilə bağlı fikirlərini tədqiq etmişlər. Bu araşdırmalar göstərir ki, İslam alimləri Nyutondan bir neçə əsr əvvəl Yerin cazibəsini kəşf etmiş, bu sahədə nəzəriyyələr vermişlər. Qalileydən (1564-1642) də əvvəl kəfgirli saatdan İbn Yunus istifadə etmişdir. Xazini "Mizanül-hikmət" adlı əsərində tərəzilər haqqında bilgi vermiş, bir çox maddələrin xüsusi çəkisini hesablamışdır.

    Cavab yaz
  • Anonim
    günahkar bəndə · 12 İyun 10:2320

    orta əsrlərin ən böyük botaniki və əczaçısı olmuş İbn Baytar (1190-1248) öz kitabında 1400-ə yaxın bitki və dərman növünün təsvirini vermiş, həmin əsər XVI əsrə qədər bu sahədə əsas elm mənbəyi olmuşdur

    Cavab yaz
  • Anonim
    günahkar bəndə · 12 İyun 10:2420

    TARİX VƏ MEMARLIQ Tarixşünaslığın ən görkəmli simalarından biri olmuş İbn Xəldun (1332-1406) sosiologiya elminin banisi olaraq xatırlanır. O, öz əsərləri ilə bir çox Qərb alimi üçün yol açmışdır. Memarlıqdan söz düşərkən, hamdan öncə ölümsüz əsərləriylə yaşayan Memar Sinan (1489-1588) yada düşür.

    Cavab yaz
  • Anonim
    günahkar bəndə · 12 İyun 10:2940

    SİZLƏRDƏN XAHİŞ EDİRƏM ÖZ DİNİMİZƏ HÖRMƏTLƏ YANAŞAQ ALLAH SONUNCU DİN İSLAM DİNİ SONUNCU KİTABİ DA MÜQQƏDDƏS QURANİ BİZLƏRƏ BƏXŞ ETMİŞDİR GƏLİN GÖZƏL TƏRZDƏ ALLAHA BƏNDƏÇİLİYİMİZİ EDƏK

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.