Maraqlı

Bəzi evlər niyə qəbiristanlığa bənzəyir?

11 İyun 2019 21:40
0 Şərh     Baxış: 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Deyerler.org: İnsanların bəzisi qəbiristanlıqda yaşayırlar. Bu qəbiristanlıq onların öz evləridir. Qaranlıq, zülmətlidir və orada heç bir nur yoxdur.

Allah Təala buyurur ki, iki yerdə Quran oxumağın fəziləti çoxdur: biri məscid və o biri isə evdir. Həzrət Peyğəmbər (s) buyurur: "Evlərinizi Quran oxuyaraq nurani edin. Onları qəbiristanlığa çevirməyin. Necə ki, yəhudilər və xristianlar belə etmişdilər. O evdə ki, Quran çoxlu tilavət olunar, xeyir və bərəkəti artar. O ev səma əhli üçün nur saçar. Necə ki, ulduzlar dünya əhli üçün nur verərlər".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbərin (s) nurani kəlamından görünür ki, o evlərdə ki, Quran oxunmaz, zülmətli qəbiristanlığa çevrilər. O kəs ki, Quran əhli deyildir, qəlbi ölüdür. Evi isə qəbiristanlıqdan başqa bir şey deyildir.

Ona görə də bütün müsəlmanlar Peyğəmbərin (s) bu göstərişini nəzərə alıb, ona əməl etməlidirlər. Evlərini zülmət və qaranlıq etməsinlər. Əksinə Quran oxuyaraq onu daha nurani və bərəkətli etmək olar. Özü, ailəsi, qonşularını Quran nuruna boyayar.

Həzrət (s) buyurur ki, bu nur yer əhli ilə məhdudlaşmır. Bəlkə səma əhli də bu nuru hiss edir və ondan bəhrələnirlər. O kəsin ki, evindən Quran səsi gələr, kiçikdən tutmuş böyüyə qədər hamı xeyir və bərəkət içində olarlar.

Yaxşı olar ki, evinizin bir otağını namaz, Quran oxumaq üçün ayırasınız. Əgər imkanınız yoxdursa, otağınızın bir küncünü bu ibadətlər üçün ayırın. Bu cür məkanların şərafəti dualarınızın qəbul olması üçün şərait yaradar.

Bəs Quran oxumaq niyə fəzilətlidir?

1. Riyadan uzaq olmaq. Xəlvət yerdə ibadət etmək insanı riyadan uzaq edər. Ona görə də o kəs ki, riyadan və şeytanı vəsvəsəsindən qorxur, yaxşı olar ki, Quranı evində və xəlvətdə oxusun.

2. Övladlarına təsir edər. Evdə Quran oxumaq övladlara da müsbət təsir qoyar. O evdə ki, valideyn günün müəyyən saatını Quran oxumaq üçün ayırıbsa, övladı da Quran oxumağa həvəslənər. Bu əməl hətta qonşulara da təsir qoyar.

3. İctimai təsiri. Əgər Quran səsi bir çox evlərdən eşidilərsə, səhər və axşam Quran səsi çox sayda evlərdə səsləndirilər. Quran müştaq qəlblərə təsir qoyar. Belə olan halda insanlar Quranı öz həyat proqramı qərar verər və ona əməl edərlər. Quran da cəmiyyətdə təcəssüm olar.

İmam Əli (ə) buyurur: "O evdə ki, Quran tilavət olunar, o evdə ki, Allah zikr edilər - bu ev bərəkətli ev olar. O evə mələklər gedib-gələrlər. Şeytan o evə qədəm basa bilməz. Bu ev səma əhli üçün parlayar".

Bəzi vaxtlar görürük ki, ruzi qapımız bağlanmışdır. Bunun səbəblərindən biri budur ki, biz sileyi-rəhm etmirik. Qohumlarımıza baş çəkmirik. Digər səbəblərindən biri isə budur ki, Allahın Kitabından uzaq düşüblər. Başqa səbəbi isə budur ki, biz evlərimizdə Allahı zikr etmirik. O yerdə ki, Allahın adı çəkilməz, ora mələklər də gəlməz. O evlərdə yaşayan insanlar da Allahdan uzaq insanlar olar.

İmam Sadiq (ə) buyurur: "Allah dərgahında üç şey üç dəstədən şikayət edər. O məscid ki, qonşular orada namaz qılmazlar. Agahsız insanların içində olan alim (onun elmindən istifadə etməzlər). O Quran ki, oxunmaz".

Əgər evlərimizin nurani olmağını istəyiriksə, gərək evlərimizi Quranın nuruna boyayaq və onun haqqını verməyə çalışaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.