Maraqlı

Ultra sürətli metal ion batareyalar

11 İyun 2019 22:55
0 Şərh     Baxış: 674

Skoltek Elmi Enerji və Texnologiya Mərkəzinin (Skoltech Center for Energy Science and Technology) araşdırmaçıları ultra sürətli metal ion batareyalar üçün yeni polimer katod materialı hazırladılar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, son on il ərzində dünyadakı enerji istehlakı əhali artımı, sənayeləşmə, mobil cihazlar və elektrikli vasitələrdəki artım səbəbiylə artmağa başladı. Bu səbəblə təcili olaraq elektrokimyəvi enerji yığma texnologiyalarına ehtiyac var. Litium ion batareyalar isə, daha müasir səviyyələr üçün ehtiva etdiyi ağır elementlər səviyyəsi səbəbiylə çox da uyğun deyil.

Buradakı problem isə katod materiallar kimi komponentlərlə həll edilə bilər. Orqanik katodların, yüksək enerji sıxlığı, təsiredici səviyyədəki enerji nisbəti və güclü mexaniki deformasiyalarına qarşı dayanıqlılıq kimi üstünlükləri var. Bu texnologiyanın bir başqa üstünlüyü isə, təbiət dostu olmasıdır. Bu texnologiya, təbii materiallardan çıxarıldığı üçün geri qazanılma mövzusunda da olduqca böyük bir üstünlük təmin edir. Bütün bu üstünlüklərə əlavə olaraq orqanik katodlar, elektrolit içərisində olan bahalı litium duzlarının yerini daha ucuz olan natrium və kalium analoqlarının doldurmasına da icazə verir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.