Maraqlı

İtaliyada da 5G istifadəyə verildi

8 İyun 2019 08:05
0 Şərh     Baxış: 1 433
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya Avropa İttifaqında İsveçrə və Böyük Britaniyadan sonra beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) istifadəyə verildiyi üçüncü ölkə olub.
Milli.Az ICTnews-a istinadən bildirir ki, İtaliyada "5G" servisləri "Vodafone" mobil rabitə operatoru tərəfindən ölkənin beş iri şəhərinin (Milan, Turin, Boloniya, Roma və Neapol) 28 bələdiyyəsində işə salınıb.

"Vodafone Italy" şirkətinin məlumatına görə, yaxın aylarda "5G" şəbəkələrinin qurulmasında "TIM" və "Fastweb" operatorları tərəfindən ciddi rəqabət gözlənilir.

Operatorun baş direktoru Aldo Bizioun sözlərinə görə, 2021-ci ildə 100-dən çox şəhər və bələdiyyə "5G" şəbəkəsi ilə təmin ediləcək. Hesablamalara görə, "5G" şəbəkələrinin tətbiqində "4G" servislərinin hazırkı əhatə dairəsinə nail olmaq üçün 4,5 il tələb olunacaq.

Qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.