Maraqlı

Ucuz Nokia 2.2 təqdim edilib

8 İyun 2019 08:15
0 Şərh     Baxış: 1 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nokia" brendi üzərində hüquq sahibi olan "HMD Global" şirkəti "Nokia 2.2" adlı ən ucuz smartfonlarından birini təqdim edib. Sözügedən aparatın qiymətinin ucuz olmasına baxmayaraq aparatda sifət üzrə blokdan çıxartma imkanı nəzərdə tutulub: bu, dərin təlim texnologiyaları əsasında işləyən alqoritmlərin sayəsində mümkün olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, süni intellekt texnologiyaları, həmçinin fotoşəkillərin işlənməsində tətbiq edilir: "Nokia 2.2"nin kamerası bir neçə şəkil seriyası çəkərək sonra onları bir şəkildə birləşdirir və nəticədə çoxsaylı detallara malik daha parlaq şəkil alınır.

Yeni model "HD " təsvir ölçülü 5,71 düymlük displey və "MediaTek A22" prosessoru ilə təchiz edilib. "Nokia 2.2" aparatı "Android 9 Pie" sisteminin idarəetməsi altında işləyir və "Android Q" yeniləməsini dəstəkləyir. "Android One" proqramı çərçivəsində qurğu əməliyyat sistemi yeniləmələrini 2 il, təhlükəsizlik yeniləmələrini isə 3 il ərzində dəstəkləyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.