Maraqlı

iPhone 5s sistem yeniləmələrindən məhrum olub

8 İyun 2019 08:55
0 Şərh     Baxış: 1 100

"iPhone 5s" daxil olmaqla bir sıra köhnəlmiş smartfonlar sistem yeniləmələrindən məhrum olacaq. Bu haqda şirkətin saytında məlumat verilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sistemin yeni versiyasında əlçatan olacaq qara mövzunu aktivləşdirdikdə bütün standart proqramlar qara rənglə rənglənəcək. Həmçinin mobil proqramların işə salınması sürəti 2 dəfə artırılıb, sistem yeniləmələri və kənar proqramlar tərəfindən tutulan yer isə 50-60% azaldılıb.

Sözügedən yeniləmə 2019-cu ilin payızında çıxarılacaq və "iPhone" ("SE" və "6s"dan başlayaraq) və iPad ("Air 2" və "Mini 4"dən başlayaraq) üçün əlçatan olacaq. Beləliklə, "5s" və daha köhnə qurğular yeniləmələrdən məhrum olacaq.

Xatırladaq ki, "iPhone 5s" smartfonu 2013-cü ildə çıxarılıb və "Apple"ın 64 bitlik prosessorla təchiz edilmiş ilk smartfonu olub. Təqdim edilməsindən 4 il sonra da smartfon yeniləmələr alıb, hərçənd "Apple" adətən belə qurğuların dəstəyini dayandırır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.