Maraqlı

Bu çimərliklərdə siqaret çəkmək QADAĞAN EDİLDİ - Çəkənləri...

7 İyun 2019 22:30
0 Şərh     Baxış: 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Turistlərin ən çox səfər etdiyi məkanlardan biri də Yunanıstanın Astipaleya adasıdır. Hər il adanın könüllü dəstəsi çimərlikləri tullantılardan, əsasən də siqaretdən təmizləyrlər.

Milli.Az xəbər verir ki, çimərliyin təmiz saxlanılması məqsədilə bu il adanın meri çox maraqlı addım atıb. Belə ki o, dünya tarixində ilk dəfə Astipaleya ərazisində siqaret çəkməyi qadağan edib. Siqaret çəkənləri isə cərimə gözləyəcək.

Hətta adaya dincəlməyə gələn turistlər üçün tütündən qurtulub, enerjilərini daha faydalı işlərə sərf etmək məqsədilə bir sıra proqramlar hazırlanıb. Qəribə də olsa, bu işin təşəbbüskarı Yunanıstanın tütün istehsal edən nəhəng "Papastratos" şirkətidir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.