Maraqlı

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

14 İyun 2019 08:45
43 Şərh     Baxış: 1 795

Milli.Az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

43 Şərh:

  • Anonim
    Papatya · 14 İyun 09:1840

    Salam, xeyirli cumeler. 1ci ve 2ci sekilleri çoox beyendim.

    Cavab yaz
    • Anonim
      Əsranur · 14 İyun 10:2830

      Ramaşkam,başda sən,Mələyim olmaqla hamını salamlayıram.Bu gün övladı məzun olan bütün valideynləri,məzun sinifi buraxan bütün müəllimləri-başda alaqaranlıqdan əl-üzünü yumamış salona qaman Sevamı da ürəkdən təbrik edirəm.Məzun olan balalarımız həyatda yerlərini tapsınlar.Həyat onları sındırmasın,tez böyüməyə məcbur etməsin.Amin

      Cavab yaz
      • Anonim
        Papatya · 14 İyun 11:0110

        Salam baci, xos geldin. Dunen yox idin, xelvetce gozum seni de axtarirdi.) Sevil muellimeni men de urekden tebrik edirem. Əminəm ki, sagirdləri terefinden cox sevilendir. İnsaAllah sagirdleri ugurlu neticelerle sevindirer onu. Dualarina amin deyirem canim bacim.

        Cavab yaz
        • Anonim
          Əsranur · 14 İyun 12:1510

          Bu aralar bir az qaçaqaçdayıq.Bu gün Sevilin səsi basmışdı aləmi.Əvvəl haray-həşir saldı,nəvar-nəvar ki,bircə dünən onunla əlaqəm olmayıb.Sonra səsi qısıldı,bir onu dedi ki,yaman sənsizləmişəm:)Bu günü yola versin,mən də onunçün darıxmışam.Papatya,Sevil çox pozitiv,ürəyitəmiz bacımdır.Mən əminəm ki,şagirdləri tərəfindən sevilir.

          Cavab yaz
          • Anonim
            Papatya · 14 İyun 13:2820

            Baci, bugun Əsinin de oğlunun da son zengidir yeqin elemi? Tebrik edirem ovladini, digerlerinin mezun gunu qeyd etsin insaAllah. Onlarin da qebul olundu xeberine sevinsin..amin. Daglinin da oglunu tebrik edirem.

            Cavab yaz
            • Anonim
              Daglı · 14 İyun 17:3520

              Salam,Papaya, çox sag olun,təşəkkür edirəm. Sizin də övladlarınıza qismət olsun, inşallah. Bu gün həm də ailəmizin son zəngi idi, bir də qaldı nəvələrin son zəngini gözləmək).Heç bir nəfər təbrik etmədi, yəqin agır aparmaq istədi özünü.

            • Anonim
              Əsranur · 14 İyun 17:5820

              Papatya,Əsinin oğlunun da son zəngidir.Dağlı,mən ümumi təbrik etdim.Amma,indi utandırdın məni.Təbrik edirəm sizin balanı da.Özünüz dediyiniz kimi nəvələrinizin Son zəngini qeyd edəsiniz,inşaAllah.Dağlı,səhv eləmirəmsə,sizin ad gününüz 21i idi,hə?

            • Anonim
              Daglı · 14 İyun 20:3012

              Salam, Əsra,çox sag ol,təşəkkür edirəm, bir ogul böyütdük ki eynən özüm. 3il bundan qabaq oglanın məktəbini dəyişmişdik, fevralda məktəbdə uşaga qarşı kiçik bir ədalətsizlik edilmişdi rəhbərlik tərəfindən. Uşaq etiraz əlaməti olaraq əvvəlki məktəbinə qayıtmaq istədi, evdə hamı əleyhinə çıxdı ki bəs qəbul imtahanına mənfi təsiri ola bilər,amma mən uşagın istəyini yerinə yetirdim ki məyus olmasın. Anası bu yaxında bir etiraf etdi, deyir ha çalışdım ki tərs xarakterdə sənə oxşamasın, amma qadagaları tətbiq etdikcə, demə ikinci səni böyütmüşəm,amma bu gün deyirdi buna görə peşiman deyil). 22-i.

            • Anonim
              Əsranur · 14 İyun 22:0910

              MaşaAllah.Allah qorusun,layiqli övladlardan olsun.Oğlan uşağının yaxşı atadan yaxşı xüsusiyyətləri götürməyi yaxşıdır.Vay o gündən ki,qız inadkar ola.O,çətin olar.Amma,heyf ki,qızınız yoxdur.Qız da başqa dünyadır.İnşaAllah,gələcəkdə gəlininiz qız olar sizə.Sənə bir neçə qız nəvəsi arzu edirəm.Pensiyanı tutub əlindən akıb,zakolkalara,kuklalara xərclətsinlər:))

  • Anonim
    Papatya · 14 İyun 09:2140

    Bugun mekteblerden son zeng keçirilir deyesen) yaxini, dogmasi, ovladi, şagirdi mezun olan kimler varsa tebrik edirem. Sonun başlanğicini yaşayan bugunku genclere ugurlar. Zehra yeqin ki, senin de mezun gunundu tebrik edirem.☺

    Cavab yaz
  • Anonim
    Papatya · 14 İyun 09:3130

    Son zeng gunlerinde oz mezun gunun yada salan var?:)) 1cilerle bir yerde kecirirdik hemise. 1ciler 11lere gul verir, onlar da bize hediyye verirdi. Plastik yemek servisi hediyye edilmisdi mene. Balaca qazani, vilkasi, qasiqlari, çasqalari, boşqablari falan vardi icinde. Cox beyenmişdim hediyyemi :) son zengim ozu ise super muper olmasa da yaxsi idi. Eslinde ozunden cox meşqlerde daha eylenmişdim...

    Cavab yaz
    • Anonim
      Əsranur · 14 İyun 10:3130

      Ramaşkam,o vaxt süni güllər təzə çıxmışdı.Deyim ki,qiyməti elə də ucuz deyildi.Mənim hədiyyə verəyim uşaq xalam oğlu idi deyə,xakamın boynuna o güllərdən qoymuşdum.Xalam oğlu da mənə pultlu maşın aldırmışdı.Məktəb illərim həyatımda ən yadda qalan illərim olub.Buraxılış gününün səhərindən böyüdüyümü hiss etdim..

      Cavab yaz
      • Anonim
        asi · 14 İyun 10:4831

        Əsra, sən yazırsan xatırlayıram). O güllərin bir vaxtı var idi..Yadımdadı mən birinci sinifi qurtaranda da 11-dən bir qıza o güldən vermişdim..Özdə 95-ci il ola, mühərbənin təzə qurtardığı vaxt ola kənd yeri ola, oralarda tapılmayan bir şey idi)..Imişlidə o güllərə şirmayı gül deyilirdi..Sonzəngdə 11 in qızları üçün şirmayı gül qızıla bərabər idi)). Mənə də həmin gülü o vaxtı evində qaldığımız qadının qardaşı Cəlləbaddan alıb gətirmişdi..Cəlləbad bazarı o vaxtı oraların Sədərəyi idi))..Qız da mənə kukla vermişdi, adına iran kuklası deyirdilər)..

        Cavab yaz
        • Anonim
          Papatya · 14 İyun 11:1530

          Eve gelirsen, sevinirsen ki, qonaqlar var, demeli hediyyeleri de var. Hediyye ne olsa yaxsidi?:)) 11i qurtaran qiza artiq cehizlik pay getirirler. Xalalar, dayi arvadlari, yaxin qonşularin paylari cox vaxt ele olur. Biri guldan getirir, biri 12eded goy nelbekilerden:)) biri xrustal bakal desti:)) kimisi de krujevali sufre)))eh ehh

          Cavab yaz
          • Anonim
            asi · 14 İyun 12:2820

            ))) nə yaxşı da yazırsan)). Niyə etiraz edirsən ki, hamısı evdə işlənən şeylərdi))).. Hələ sənə yaxşı ki, 11-i qurtaranda gətiriblər..Bizim Imişli zonasında qızın cehizi birinci sinifdən yığılmağa başlayır..Özdə deyim ki, qəşəng də cehiz verirlər..O sarıdan Imişlidən qız alasan)). Amma mənə heç cehiz hazırlayan olmadı))). Heç cehiz də aparmadım..Qəməndir qoymadı, dedi nəyə lazımdı, rusiyada özüm alaram nə lazımdı, Bakıda da yenə hər şeyi özü əvvəldən almışdı evə, heç yaşamırıq da orda)). Amma yenə də mebellərin pulunu atam verdi, dedi gedib orda alarsız))..Ehh, bizim adətlərdən yoxduda), hər biri ayrı yaraşıqdı))..

            Cavab yaz
        • Anonim
          Əsranur · 14 İyun 11:1530

          Qəşəng günlər,qəşəng güllər var idi o vaxtlar.11i bitirəndə,saçım uzun idi deyə,paltar ütüsüylə uclarını ütüləmişdim.Sinif qızlarımız şirin çay düzəldib,çolkalarına vururdular ki,qəşəng qalsın.Mən deyəsən şərbət eləmişdim onda.Çünki,mərasim bitəndən sonra,axşamtərəfi müəllim,uşaqlar,bir də ki,mütləq mənim mamam-getmişdik bulvara,Bakının bütün arı-milçəyi mənim başıma fırlanırdılar.Deyirdilər ki-Qadanı alaram,başlna dönərəm:))))Hirsimdən partlayırdım.Saçım özü iri buruq,ucları düz,çolkam da ki bal kimi.Bəhhhh...Amma,indiki uşaqlar 1 ay əvvəldən salonda yer zanit ediblər.Həmin günü elə gəlirlər ki,elə bil ki,"Miss 161 saylı məktəb"yarışmasına qatılıblar.

          Cavab yaz
          • Anonim
            asi · 14 İyun 11:4320

            Həə indikilərdən danışma)). ..Mən o vaxtı saçlarımı yuyub axşamdan hörmüşdüm, tezdən açdım buruq-buruq oldu)..Birdə ilk makyajım da son zəngdə olub)). O vaxtı mənim üçün makyaj idi, indi qızlar məktəbə o cür gedir..Tuş, karandaş bir az da ten..Heç pamada da yox idi)).. Amma paltarım gözəl idi..xüsusi olaraq sonzəng üçün hazırlatmışdım..Don tikdirmişdim, vermişdim Bakıda üzərini xırda muncuqlarla işləmişdilər..O vaxtı anama əməlli başlı pula başa gəlmişdi donum))..

            Cavab yaz
            • Anonim
              Əsranur · 14 İyun 12:2930

              Mənim məclisdə geyindiyim paltarım kapron,mavi rəngli barbi kuklasının paltarı fasonunda tikilmişdi.Sinifimizdəki bütün qızlar kaprondan tikdirmişdilər.Mən rozovıy pomada çəkmişdim,bir də tuş.Yanımda anam olmasaydı əl gəzdirərdim özümə.Arvad imkan vermirdi axı:)

            • Anonim
              asi · 14 İyun 12:5510

              Elə məni də anam qoymurdu, sağ olsun)).. Kənddə toya gedərdik, bütün qızlar kosmetikada, saçı cürbəcür, bircə mən məktəbli stilində)..Nə çolka qoymazdı, nə açıq saç qoymazdı.Ya hörərdi, ya da yığıb yumrulayardı bir yerə..O vaxtdan necə vərdiş etdimsə, indidə başpmda gedir həmin xasiyyət..Indi qadağa edən yoxdu, nə formqya istəsəm salmaqda azadam..amma istək yoxdu artıq)). 15 qabaqkı kimi yq hörükdə olur saçım ya da yumru yığılış..Özdə az çox bilirsən, salon kimi evdə olmayan fen yoxdu..Alıb kolleksiya yığıram evdə)))..Işlətmək marağım ildə bir dəfə ola ya yox..Bizim analar diktator olub o sarıdan..Indikilər sərbəstdi..Mən də anamdan gördüyümü qıza tətbiq edirəm, qrada etiraz edir))

            • Anonim
              Əsranur · 14 İyun 13:4410

              Feni də mən də yığıram.Amma,bircə ütüdən istifadə edirəm.O da harasa çıxanda.Sənin iri buran fenindən o dəfə alırdım.Xəbərdarlıq etdilər ki,siqnal səsində saçını çıxarmalısan.Dedim başım qarışar söhbətə,siqnalı eşitmərəm,gərək saçımı qulağımın dibindən kəsdirim onda:)))

  • Anonim
    g · 14 İyun 09:3300

    super

    Cavab yaz
  • Anonim
    Papatya · 14 İyun 09:4020

    Moderator, laleler, zanbaqlar adini bilmediyim ve.s gulleri paylaşdiz, beyendim, sevdim. Niye bu faydali, şefali, yagiş suyu, guneş şüasi ile qaygisiz biten çobanyastigilaridan paylaşmirsiz?:)))

    Cavab yaz
  • Anonim
    Papatya · 14 İyun 09:5720

    Gülümsəməyin dilinin olmadığını, hər millətin gülümsərkən eyni şeyləri izah etdiyini və hər kəsin eyni şeyləri anladığını öyrəndik … Gülümsəmək … Hər insanın sifətinə yaraşan ifadədir. Gülümsəmək … Dodaq kənarlarının yanaqları sıxışdıraraq yüksəlməsi, yəni gözəllik. Gülümsəmək … Bir günün qazanc gətirən ən gözəl investisiyasıdır. Gülümsəmək … Adamın içindəki müsbət enerjinin, ümidin ən gözəl göstəricisi. Gülümsəmək … İçi qan ağlayarkən, ya da bir çox dərd ilə döyüşərkən, yenə də edilsə dünyanın ən hörmətə dəyər hərəkətlərindən biri. Gülümsəmək … Göz bəbəklərində olduğunda qarşısındakındakında xoş hisslər yaradandır. Gülümsəmək … Yer üzündə bir insandan istənə biləcək ən gözəl şey. Gülümsəmək … Bəzən də, ən gözəl susma hərəkətidir......

    Cavab yaz
  • Anonim
    Papatya · 14 İyun 09:5820

    Balaca  bir gülümsəmədir həyatın qırılmayan budağı! VƏ imtina etməmək lazımdı gülümsəməkdən nə bahasına olursa olsun. Üzünüzdəki gözəlliyin xaricə vurmasıdır o! VƏ əslində siz fikir vermədən də, başqalarının ağlının qapısını döymədən daxil olan dostunuzdur o! Bir balaca gülümsəyin...)

    Cavab yaz
    • Anonim
      Əsranur · 14 İyun 10:3820

      Gülümsəməyi bacaran insanlar əsl insanlardır.Çünki,çoxu istəyir elə dərd versin,problemlərini kiminsə üstünə töksün.Həyatda hər şey bumeranq kimidir.Ürəyi təmiz insanın üzünə gülümsəyirsən,qarşılığını təbəsümlə alırsan.Ürəyi qurdlu ya sənə dəli deyəcək,ya da üstünə-başına baxacaq ki,nöş güldü görəsən bu mənə??Mənim əhvalım yaxşı olmayanda da,məcburam statusda gülməli videolar qoymağa.Çünki,çox adam statusumu boş görəndə,tez yazırlar ki,sənə nəsə olub,darıxdım statusların üçün..Daha bilmirlər ki,bəzən o statusları mən əhvalsız qoymuşam,amma,onlar gülüblər:)Ona görə də gülümsəməyi,gülümsətməyi bacaran insanları sevirəm...

      Cavab yaz
      • Anonim
        Papatya · 14 İyun 11:3010

        Evine qonaq getdiyin, qonaq qəbul etdiyin, rastlaşdiğin, salamlaşdiğin insana semimi bir tebessumle gulsememek insandan nese itirmez, alib aparmaz. Ureyi qurdulari istisna edirem men de. Gulumsemekden elave, gulumsetmeyi bacaran, sene tebessumlu gozlərinden umid oturen insanlar candir, baş tacidir)

        Cavab yaz
  • Anonim
    asi · 14 İyun 10:4141

    Hamlya salam..Əvvəlcə məzunları və Sevil müəlliməmiz başda olmaqla müəllimləri təbrik edirəm..Tələbə adı alsınlar arzusunda olanlar..Mən 2005 məzunuyam..Həmin il ilk dəfə son zəng mayın 31-i keçirildi..Papatya dediyi kimi biz birincilərə, onlar da bizə hədiyyə verirdi).. Kənd yerində dəbdəbəli sonzəng olmurdu)..Bircə qızlar əl ayağa düşərdi geyim məsələsində..)) Amma onun da özünəməxsus marağı olurdu..Əvvəlcə rəsmi hissə olurdu, müəllimlər çıxış edirdi, illərlə avara səndən adam olmayacaq dedikləri şagirdləri belə həmin gün təriflərə qərq olurdu)).. Sonra uşaqlar şeir deyirdi..Sonra ikinci hussə, yemək oynamaq hissəsi başlayırdı..Çay süfrəsi açırdıq, evdə tortlar şirniyyatlar bişirib gətirirdik, meyvə filan, həm müəllimlərə həm özümüzə..Müəllimlərlə birlikdə çay içib oynayırdıq, son zəng başa çatırdı..

    Cavab yaz
    • Anonim
      Papatya · 14 İyun 11:0920

      Biz de o heyecani yaşayirdiq, geyim meselesi. Sacimiza ag xirda gullerden çeleng qoymuşduq. Pis gorunmurdu) bibimgiller gelmişdi tebrike evvelden gul sifariş elemişdiler. Evde anam sufre açmişdi. Resmi hisseden sonra biz de en sonda oynadiq falan, birde biz 2 gun evvelce balaca not defteri alib, muellimler, paralel siniflerin sagirdləri falan urek sozlerini yazdirmişdiq. Asi, sen cani o axirinci son zeng çalinireee zirinnqqqqq kovreldin? Men biraz doluxsunmuşdum. Qizlarla qucaqlaşdiq falan:))) xosumuz gelmeyen muellim de adama xos geliree o son gun))

      Cavab yaz
      • Anonim
        asi · 14 İyun 11:3920

        Valla kövrəldiyim yadıma gəlmir)). Bizim qızların çoxu bizə yaxın idi, məktəbdən sonra da birlikdə olurduq..Yəqin ondan ayrılıq hissi keçirmirdik).. Sonra ailə qurduqdan sonra hərə bir tərəfə getdi, hərənin ailəsi bir cür xarakterdə, adam ürək etmədi əlaqə qurmağa..Eləsinə telefon qadağa etmişdilər təzə vaxtı..Beləcə uzaqlaşdıq bir birimizdən..Indi oğlanları tapmışam instaqramda çoxunu, düzdü onları tapdıqlarımdan xəbərləri yoxdu)), gizlicə girib baxıram hərdən, uşaqlarına filan).. Amma qızları tapa bilmirəm..Yəqinki mənim kimi başqa adla işlədirlər işlədənlər də)).Qardaşıma demişəm telefon nömrələrin tapsın kimdə varsa versin mənə).

        Cavab yaz
        • Anonim
          Əsranur · 14 İyun 12:2320

          Oğlan dedin yadıma düşdü.Bayaq ağzının danışığını bilməyən bir qadının payını vermişəm face-də.Bir də görürəm likelagın içində 1 ürək var.Baxıb görürəm sinif yoldaşımdır.O,bizim sinifdə oxuyan bir qızımızla ailə qurub,gözəl ailəsi var.Özü də ağır təbiət oğlan idi.Bayaq qəribə oldum onun profilini görəndə.Amma,bildirmədim ona ki,-Ayə,mənəmeeeeee,Hidayət müəllim:))))Bilirəm də ki,bizim sinifimizdə hamı bir-birini çox istəyirdi və o mənim olduğumu bilsə sevinərdi.Tembolee,yoldaşı da mənim rəfiqəm idi.

          Cavab yaz
          • Anonim
            asi · 14 İyun 12:3720

            Bajı buralar səni qane etmir, hələ fbda da davadasan??)))..Döyüş alnımıza yazılıb onsuzda, amma səndə pramoy böyük hərflə yazılıb))..Heç mən də bildirmirəm..). Çoxu qardaşımla dostluq edir, harda mamamı görsələr soruşub salam göndərirlər..Qızları tapsam başqa məsələ qiybətləşərdik, amma oğlanlar artıq hərəsi bir ailənin başcısıdı, durub necə deyəsən ki, mənəm filakəsəm)..Sadəcə uşaqlarını gördükcə zamanın necə uçub getdiyinə bir daha təəssüflənirsən..

            Cavab yaz
            • Anonim
              Əsranur · 14 İyun 13:0310

              Ay sağ ol.Hamısının ailəsi var.Neynirəm bundan sonra bilməyini.Facedə də çox olmuram.Ancaq statusa qoyulacaq it-pişik videolarına abunəyəm deyə,girib baxıram.Açığı,face mənə maraqlı gəlmir.Kim ağzına nə gəldi yazır.Kişi xeylaqları ana-bacı,qız-gəlin bilmədən söyürlər bir ucdan.Amma,arada qadınlardan qırmızı xətti keçən olanda,səliqə ilə götürüb,qoyuram onu xəttdən o tərəfə:)))

        • Anonim
          Papatya · 14 İyun 12:4520

          Kovrelseydin, şaşardim zaten Asi:))) mektebi qurtarandan bir nece defe toplanib, gorusub, mektebi ziyarete de getmişik. Bakida da 1-2yaxin sinifyoldaşimla goruşmuşem subayçiliqda. Amma nese adam evvelki semimiyyeti hiss ede bilmir. İndi de 1-2qizla vatsapda herden bayramlaşiriq. Sen demiş herenin başi oz qayğilarina qarişib. 1 qizimiz tez evlendi. Toya hamini cagirdi. Bah biz subay qizlar da hevesle hazirlasib getmisdik. Hele gelinin sinif yoldaşlari reqs elesin deyib biz cagirilanda ne mahnisina oynayaq deye el ayaq basdi:))Cox gozel kecmisdi. İndi coxundan xeberim yoxdu kim, harada ve necedise bilmirem.

          Cavab yaz
  • Anonim
    Daglı · 14 İyun 17:3530

    Hamıya atəşli salamlar.

    Cavab yaz
    • Anonim
      asi · 14 İyun 20:5120

      Axşamınız xeyir..Salam Dağlı..Mənim də təbrikimi qəbul etsən yaxşı olardl). Əsini də oğlu ilə birlikdə təbrik edirəm.Onlar ilk məzunu, sizin ailə də son məzunu bu gün son dəfə məktəbə yola saldı..Uğurlarının ardı arası kəsilməsin hər ikisinin də ...Düzü heç ağlıma gəlmirdi..Tələbə olduqları üçün ikinizi də təbrik etmişdim deyə mənim nəzərimdə məktəbi də onda bitirmişdilər sanki).. Nə də olmaya yaş öz sözünü deyil, hüş gedir arada..)..

      Cavab yaz
      • Anonim
        Daglı · 14 İyun 21:1840

        Salam,asi. Təbriklərini məmnuniyyətlə qəbul edib,təşəkkür edirəm. Əsi xanımı da təbrik edirəm. Sənin də övladların sag-salamat məktəbi bitirib,ürəkləri istədiyi ali məktəbin tələbəsi və məzunu olsun inşallah. Son vaxtlar oglun haqqında məlumatsız qalmışıq, neynir, pilot olmaq yolunda iri addımlarla irəliləyirmi?).Наши года,наши богатства)

        Cavab yaz
        • Anonim
          asi · 14 İyun 21:4342

          Çox sağ ol..Oğlum deyəsən mer olmaq istəyir). Deyir Azərbaycandakı qohumlarımızı çağıracam gəlib mənə səs versinlər..Arada atasının yerinə hazırlayır özünü.Arada mağaza açır mənimlə işlədir)). Gündə bir xəyala düşür..Əsas odur ki, bütün planlarında anası ilə birlikdə hərəkət edir))...Məndən ayrı iş planı yoxdu hələki..Özdə xaraktercə də kopyamdı)..Yuxarda Əsranura yazmışdın, mənim də yadıma düşdü ki, oğlan mənə oxşayıb, atası çox cəhd etsə də özünə oxşada bilmir)..

          Cavab yaz
          • Anonim
            Daglı · 14 İyun 22:0420

            Hansı arzuları varsa xeyirli olsun, Mer seçkilərində diasporanı ayaga qaldırmaq bizim boynumuza). Mənim oglum bir az tərs olsa da ədalətli uşaqdı, çox da xeyirxahdı, insanlara hörmətlə yanaşır, böyük-kiçik yerini bilən, mədəni, tərbiyəli, həm də yaraşıqlıdı).

            Cavab yaz
          • Anonim
            Əsranur · 14 İyun 22:1320

            Məndə qız 90 faiz mənə çəkib.O,mənim qat-qat sakit-mədəni variantımdır.Amma,ikincim üzdən elə bil əkizimdir.Onun xasiyyətləri 50/50 dir.Yarı ondan,yarı məndən.Böyük isə gülərliyi mənəm,fikirləri özününkü.Gəl indi bir şey başa düş:))))

            Cavab yaz
            • Anonim
              asi · 14 İyun 23:2320

              Qısası, 3-ü birində))yəni səndə))..bizim qız həm zahiri həm daxili 100 faiz atasıdı..

            • Anonim
              Daglı · 14 İyun 23:3020

              Əsra,mənə sənin sakit formanda olan qəti sərf etmir,bəs mənim istəklərim?). Əsra, bir nəfəri aldatmışdım ki, bəs Dövlət, gəlin intiharlarının (bizlərdən uzaq) qarşısını almaq üçün tədbirlər hazırlayır,gəlinin ayrıca evi olmalıdı, qayınana nəvəsini görmək üçün ayda ancaq bir dəfə gəlinin istəyinə uygun 1saat görə bilər,görüş yerini də gəlin təyin edəcək,inanmışdı). Yazıgım gəldi bayram günü dedim zarafat edirdim, dilxor olmuşdu).

            • Anonim
              Əsranur · 15 İyun 09:1041

              Sən qaynana-gəlin müharibəsi başladıb,kənardan seyr etmək istəyirsən?İnanki,Soyqırım olar.Qaynana gəlinə bata bilsə,mən Zorronun qara plaşından əynimə keçirdib,uçuram hadisə yerinə.Sonra bir dənə "Qudalar"mahnısının sədaları altında qırğın başlayır.Davamı gedir "A yordu yordu,görək kim kimi döydü?",arada fasilə,sonrakı mahnı Zəfər mahnısı olacaq,day bilmirəm kimin xeyrinə.Əgər mənim məğlubiyyətimi görsələr Betmen də qoşulacaq.O gəlsə,gərək sən Spider man də gələsən...Nəisəki,gəl daşı tök ətəyindən,olana qane ol,müharibəyə səbəb olma:))))Amma,o dediyini mənə də desəydilər,dəli olardım.Çünki,mən indidən nəvə dəlisiyəm.Elə ona görə mehrimi Simbaya salmışam.Çünki,nəvə hələ 5 ildə görsənmir.

            • Anonim
              Daglı · 15 İyun 11:0440

              Salam. Təzə evdə artıq özünə otaq seçib), deyirəm,hökmən gedib gəlini bezdirməlisən də, narazı qalır). Özü anamı 20ildən artıqdı ovcunun içində qulluq edir, heç vaxt narazılıqları olmayıb biri-birindən, yuxarıda dediklərim hamısı zarafatdı)

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.