Maraqlı

Hər il aeroportlarda niyə 25 milyon çemodan itir? - Faktlar - FOTO

16 İyun 2019 21:54
0 Şərh     Baxış: 1 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Havaçılıq industriyası rəsmiləri son texnologiyalardan istifadə edərək, sərnişinlərin çemodanlarını izlədiklərini və çemodan itkisi statistikasının hər il azaldığını deyirlər.

Amma hər il milyonlarla baqaj sirrə qədəm basmaqda davam edir. Hava yolları bunun qarşısına keçmək üçün lazımi addımlar atırmı?

Digər sərnişinlər çemodanlarını alıb getdikdən sonra baqaj yerində əli boş bir şəkildə gözləmək ən ağrıverici hisslərdən biridir. Hər il milyonlarla sərnişin bu hissi yaşayır. Bəs çemodanlar niyə itir? Ən son texnologiyalardan istifadə edən havaçılıq industriyası çemodan məsələsində niyə bu qədər geridə qalıb? 

Öncə yaxşı xəbərlərlə başlayaq.

Milli.Az musavat.com-a istinadən bildirir ki, qlobal baqaj nəzarəti üçün texnologiya təmin edən Sita adlı şirkət 2007-ci ildə 46,9 milyon olan itmiş baqaj sayının keçən il 24.8 milyona endiyini deyir. Üstəlik, bu müddətdə sərnişin sayı da iki dəfə artıb.

Sitaya görə, baqaj təqibi texnologiyalarına qoyulan investisiyalar qarşılığını verir. Məsələn, Amerikanın Delta Hava Yolları çemodanların üstünə qoyduğu barkodlara bir də RFID (radio dalğa kimliyi) çipi yerləşdirir. Bunun sayəsində hava limanındakı baqaj kəmərləri üzərlərindən keçən çemodanı avtomatik olaraq yoxlayır və tanıyır. 

Delta rəhbəri Gareth Coys bildirib ki, hər ik daşıdıqları 150 milyon çemodanı bu çiplər vasitəsilə yerləşdirirlər. Delta bunun sayəsində çemodanların 99.9 faizini qüsursuz bir şəkildə daşıdığını deyir.

RFID çiplərindən istifadə edən və ya baqaj daşıyan işçilərinə mobil barkod oxuyucuları istifadə etdirən başqa şirkətlər də var. Bəs belədirsə, hər il 25 milyon çemodan niyə hələ də itməyə davam edir? Sitaya görə, itən baqajların yarısı, ikili uçuşlardakı problemlərə görə bu aqibəti yaşayır. 

Birinci təyyarənin gecikməsinə görə baqajlar ikinci uçuşa çatdırıla bilmir. Çemodanların vacib bir qismi də sərnişinlərin və ya baqaj daşıyıcılarının səhv çemodaları götürməsinə görə itir.

Bagajların itməsinə təsir göstərən bir başqa faktor da baqaj daşıma sisteminin qarmaqarışıq olmasıdır. Bəzi aeroportlarda hava yollarının öz işçiləri çemodanları daşıdıqları halda, bəzilərində də birdən artıq hava yolu şirkəti üçün çalışan daşıma şirkətləri var.

Bazı havalimanlarında basit barkod okuma sistemleri bile kullanılmıyor

Avropadakı kiçik aeroportları ziyarət edən sərnişinlər burada daha çox çemodan itirirlər. Bu məsələnin həlli uzun müddətdir gözlənən bir addım idi. IATA keçən il bir system yayınladı və hava yolları ilə hava limanlarının çemodanlarımızı daha yaxşı təqib etməsini məcburi etdi. 

Artıq çemodanların varlığı sərnişinlərin bir neçə mərhələsində təkrar nəzarətdən keçirilir. Bu nöqtələr arasında təyyarəyə yükləmə anı və çatılan aeroportda paylaşıma çıxdığı an da var.

Amerikada hava yollarından aldığı çemodanları auksionla satışa çıxaran Sabibsiz Baqaj Mərkəzi adlı bir şirkət də "İçində nə tapacağınızı əsla bilə bilməzsiniz" şüarı ilə reklam kampaniyası keçirir. Əgər havaçılıq industriyası sonunda birgə hərəkət edərsə, bu cür şirkətlərə də ehtiyac qalmaya bilər. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.