Maraqlı

300 milyard avroluq təzminat tələbi - Avropada GƏRGİNLİK

5 İyun 2019 12:09
0 Şərh     Baxış: 2 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstan 1-ci və 2-ci dünya müharibələrində işğallarla əlaqədar təzminatı tələbi ilə Almaniyaya nota verib.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, nota Yunanıstanın Berlindəki səfirliyi tərəfindən Almaniyanın Xarici İşlər Nazirliyinə göndərilib.

Danışıqların başlanması təklifi irəli sürülən notada məsələnin yunan xalqı üçün mənəvi və maddi baxımdan böyük əhəmiyyət daşıdığı vurğulanır.

Qeyd edək ki, Yunanıstan parlamenti apreldə Almaniyadan müharibə tazminatını tələb etməyi nəzərdə tutan qanun layihəsini qəbul edib. Afina Almaniyadan təxminən 300 milyard avro təzminat tələb edir. Bundan əlavə, işğal dövründə ölkədən aparılan tarixi əsərlər də geri istənilir.

Almaniya isə 1960-cı ildə 115 milyon alman markası təzminat ödənildiyini bildirir və təxminən 70 ildən sonra müharibə üçün yenidən təzminat ödəməyi rədd edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.