Maraqlı

“Apple” smartfonlarında istədiyiniz musiqini zəng səsi etmək üçün...

4 İyun 2019 20:55
0 Şərh     Baxış: 1 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bildiyimiz kimi, "Apple" öz smartfonlarında çox sayda tənzimləmə funksiyaları vermir. Bunun bir sıra müsbət xüsusiyyətləri var. Bunlardan biri digər marka smartfonlar kimi çox sayda funksiyalar təklif edərək, sistemin yüklənməsinə və yüklənmə nəticəsində sistemin yavaşlamasına səbəb olmamaqdır. Amma bəzi hallarda bu funksiyaların olmaması, "almasevən"lərin illərdir ki, istədikləri musiqini telefon zəngi kimi istifadə etmələrinə maneə olur.

Milli.Az ted.az-a istinadən bildirir ki, əvvəlcə http://www.melofania.com/  saytından musiqi fayllarımızdan 40 saniyəlik bir yer seçirik və sonra "iPhone" üçün ".m4r"  formatına çeviririk. "Yüklə" bölməsini seçirik və beləcə seçilmiş mahnı yüklənir.

İkinci addımda, "iTunes"dən istifadə etmədən, bu faylı "iPhone" telefonumuza yükləyirik. Bunun üçün https://www.copytrans.net/download/ saytına daxil oluruq. Buradan "CopyTrans" adlı "iTunes"ə  alternativ olan proqramı yükləyirik. Proqramı yüklədikdən sonra musiqini buraya köçürürük.

Bütün bunlardan sonra "Parametrlər" (Settings) bölməsinə gəlirik, "Səslər" (Sounds & haptics) bölməsinə daxil olub, "Zəng musiqisi"ni (Ringtone) seçirik. Burada yüklədiyimiz mahnını zəng musiqisi kimi təyin edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.