Maraqlı

Cadu ilə ailədaxili problemləri həll etmək olmaz

9 İyun 2019 22:40
0 Şərh     Baxış: 1 174

Belə bir atalar sözü var: "Dənizə düşən saman çöpündən yapışar". Bəzi insanlar da ailələrində problem çıxanda, həlli yolunu tapa bilməyən kimi onun cadu olduğuna qərar verirlər. "Əgər cadu varsa, deməli cadunu ancaq sehrbazlar, cadugərlər və ya falçılar aça bilərlər", - deyərək, gedib onların qapılarını çalırlar, dərdlərinə dəvanı dindən-imandan xəbəri olmayan cadugərlərdə axtarırlar. Ancaq problemin həlli yolunun öz əllərində olduğunu unudurlar. Bir-birlərinə qarşı mehriban davranmaqla məsələni ortadan qaldıra bilərlər. Nümunə verək: Üzünə xoş baxmadığına görə ər evə gec-gec gəlirsə, arvad ailəsinə cadu edildiyini düşünməkdənsə, davranışlarını dəyişdirsə, ərinə qarşı daha mehriban davransa, problemin ən qısa zamanda həll ediləcəyinin şahidi olacaq.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, bəs həqiqətdə cadu varmı? Tarixən belə hadisələr baş verib. Ancaq indiki zəmanədə bir çox fırıldaqçılar insanların cahilliyindən istifadə edərək, özlərini sehrbaz və ya falçı kimi qələmə verirlər. Dünyada cadudan, onun necə edildiyindən bəhs edən samballı kitab yoxdur. Bu, onu göstərir ki, kimlərsə bu boşluqdan istifadə edir və pul üçün insanları aldadır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.