Maraqlı

Zövcənin libasa oxşadılmasındakı incə nöqtələr

9 İyun 2019 22:20
0 Şərh     Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 187-ci ayəsində buyurur:

أُحِلَّ لَكُمْ لَيْلَةَ الصِّيَامِ الرَّفَثُ إِلَى نِسَآئِكُمْ هُنَّ لِبَاسٌ لَّكُمْ وَأَنتُمْ لِبَاسٌ لَّهُنَّ...

"Oruc gecələri zövcələrinizlə yaxınlıq sizə halal oldu. Onlar sizin, siz isə onların libasısınız..."

Milli.Az maide.az-a istinadən bildirir ki, zövcənin libasa oxşadılmasında bir çox incə nöqtələr var:

-Libas forma, rəng və parça baxımından insana münasib olmalıdır. Zövcə də insanın oxşarı olmalı, onun fikri, əqidəsi, şəxsiyyəti ilə uyğun gəlməlidir.

-Libas zinət və aramlıq səbəbidir. Zövcə və övlad da ailədə aramlığın əsasıdır.

-Libas insanın eybini örtür. Ər də, arvad da bir-birinin eyiblərini, nöqsanlarını örtməlidirlər.

-Libas insanı istidən, soyuqdan qoruyur. Həyat yoldaşı da ailə ocağında istiliyi qoruyub-saxlamalıdır.

-Libassızlıq rüsvayçılıqdır. Subaylıq da azğınlıq və rüsvaylıq səbəbi olur.

-Soyuq havada qalın, isti havada yüngül libasdan istifadə olunur. Ər də, arvad da bir-birinin ruhi ehtiyaclarına münasib əxlaq və rəftarla cavab verməlidirlər. Əgər kişi əsəbidirsə, qadın onunla yumşaq rəftar etməlidir. Əgər qadın xəstədirsə, kişi onunla keçinməlidir.

-İnsan öz libasını çirkabdan qorumalıdır. Həyat yoldaşları da bir-birlərini günaha batmaqdan hifz etməlidirlər. ("Təfsiri-nur", Ustad Möhsin Qəraəti, 1-ci cild, "Bəqərə" surəsi, 187-ci ayənin təfsiri.)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.