Maraqlı

Yarasa qanadları olan dinozavr

6 İyun 2019 19:15
0 Şərh     Baxış: 1 254

Skansoriopteriqid adlı ailəyə aid olduğu kəşf edilən Ambopteriks lonqibrasium, 163 milyon il əvvəl Çinin meşələrində yaşamış kiçik bir növdür. Keçən illərdə eyni bölgədə fərqli bir növün də qalığına rast gəlinmişdi.

National Geographicin nümayiş etdiyi yeni bir xəbər, Çində yeni bir dinozavr növünün kəşf edildiyini eşitdirdi. Nature adlı jurnalda nümayiş olunan iş, 'Ambopteriks lonqibrasium' adlı dinozavra aid qalıqların 2017-ci ildə tapıldığını ifadə etdi.

Ambopteriks lonqibrasium adlı bu cür, günümüzdəki yarasaların qanadlarıyla eyni pərdəyə sahibdir və 32 santimetr uzunluğundadır. 163 milyon il əvvəl Çində yaşadığı düşünülən bu kiçik dinozavr, Skansoriopterigid adlı dinozavr ailəsinin alt növünə mənsubdur.

Ambopteriks lonqibrasium kəşf edildiyi araşdırmada vəzifə alan Min Vanq, qalıqda yarasa qanadlarına rast gəlinməsinə baxmayaraq bu növün uçma bacarığına sahib olmadığını ifadə etdi. Təbii ki, bu yalnız fərziyyədir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.