Maraqlı

IEEE Huawei qadağasını geri götürdü

6 İyun 2019 08:21
0 Şərh     Baxış: 1 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elektrik və elektron mühəndisləri İnstitutu (IEEE) tərəfindən "Huawei"yə qadağa qərarı qəbul edilmiş və nəticədə elm adamları ikiyə ayrılmışdı.

Milli.Az chip.az-a istinadən bildirir ki, verilən açıqlamalarda IEEE üçün çalışan alimlərin "Huawei" ilə bağlı yazı yazmaması qeyd olunaraq bunun hüquqi nəticələrinin olacağı vurğulanmışdı. Bu hadisə alimlər tərəfindən böyük bir reaksiya ilə qarşılandı. Hətta bəzi tədqiqatçılar işlərini buraxdıqlarını açıqladılar. IEEE bu gün "Huawei" ilə bağlı qadağanının aradan qaldırıldığını elan etdi.

IEEE ABŞ Ticarət nazirliyi ilə aparılan danışıqların nəticəsində belə bir qərarın qəbul edildiyi bildirilərək məsələnin detallarına toxunulmayıb. Təşkilatın verdiyi açıqlamalarda həm istifadəçiləri həm də özlərini müdafiə etmək üçün bu qərarın alındığı qeyd olunub.

ABŞ-da yerləşən və siyasi risk məsləhət şirkəti "Eurasia Group"un səlahiyyətlilərindən olan Paul Triolo bu qərarın qəbul olunması ilə əlaqədar açıqlama verib. Triolonun sözlərinə görə, IEEE-nin bu qadağanın aradan qaldırılmasının əsas səbəbi ABŞ-ın "Huawei" ilə bağlı bir sıra qadağalarının tətbiqini uzatması idi. Triolo ABŞ-ın tətbiq etdiyi bu qadağalarla yaxından tanış olduğunu qeyd edərək  IEEE-nin bu qərarının Trump rəhbərliyinin uzatma qərarı ilə uyğun və davamlı olduğunu söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.