Maraqlı

Afrika İttifaqı və Huawei anlaşdılar

6 İyun 2019 07:51
0 Şərh     Baxış: 744

Afrika İttifaqı və "Huawei" telekommunikasiya şirkəti arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Saziş "5G" şəbəkəsi, "Əşyalar interneti" (IoT), genişzolaqlı internet, süni intellekt, "bulud" hesablamaları və s. sahələrdə əməkdaşlığı nəzərdə tutur. Həmçinin əməkdaşlıq Afrika İttifaqına daxil olan ölkələrin informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişafına xidmət edəcək.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, qarşılıqlı anlaşma haqqında memorandum "Huawei" və Afrika İttifaqı ölkələri arasında daha sıx əməkdaşlığın qurulmasına yönəlib. Bundan əlavə, imzalanan sazişlər çərçivəsində İKT sahəsində bilik və bacarıqlar əldə edəcək, eləcə də gələcəkdə işə qəbul olunacaq yerli istedadlı gənclər cəlb ediləcək.

Statistik məlumatlara görə, 2020-ci ilədək təxminən 660 milyon afrikalı mütəmadi smartfondan istifadəyə başlayacaq, 2023-cü ilədək isə region daxilində bu kateqoriyalı qurğuların nüfuzetmə səviyyəsi 50 faiz təşkil edəcək.

ABŞ hökumətinin sanksiyalarına baxmayaraq dünyanın əksər, o cümlədən inkişaf etməkdə olan regionları "Huawei" avadanlığından istifadəyə üstünlük verir. Bu isə təəccüblü deyil, çünki Çin istehsalçısı ABŞ analoqları ilə müqayisədə daha ucuz avadanlıq təklif edir. "Huawei" və Afrika İttifaqı ölkələri arasında gələcək əməkdaşlıq tərəflər üçün faydalı olacaq. Belə ki, "Huawei" şirkəti texnologiya və avadanlığını tətbiq edəcək, region isə müasir texnologiyaların inkişafını davam etdirəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.