Maraqlı

BlackBerry Messenger işini dayandırıb

6 İyun 2019 07:41
0 Şərh     Baxış: 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

31 may 2019-cu il tarixində İndoneziyanın "Emtek Group" şirkəti "BlackBerry Messenger" (BBM) mesajlarla mübadilə xidmətinin və onun üçün proqramın işini dayandırıb. Qeyd edək ki, adıçəkilən şirkət 2016-cı ildən sistem üzərində hüquq sahibidir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, lakin şirkət şəxsi məqsədlə istifadə üçün daxili şifrləmə sisteminə malik "BBM Enterprise" (BBMe) korporativ messencerini istifadəyə verib. Mobil proqram "Android", "iOS", "Windows" və "macOS" sistemlərində əlçatandır.

Sözügedən mobil proqram yalnız birinci il ərzində ödənişsiz olacaq, sonra isə 6 aylıq abunəlik üçün 2,5 dollar ödəmək lazım gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.