Maraqlı

Britaniyada ilk 5G şəbəkəsi istifadəyə verilib

6 İyun 2019 07:11
0 Şərh     Baxış: 1 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın "EE" mobil operatoru mayın 30-da ölkədə yüksəksürətli və keyfiyyətli bağlantını təmin edəcək ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) kommersiya istifadəsinə verib. "5G" şəbəkəsi hələlik London, Edinburq və Mançester daxil olmaqla altı iri şəhərin məhdud ərazisində fəaliyyət göstərəcək, lakin ilin sonunadək onun daha on şəhərdə işə salınacağı gözlənilir. İyunda "5G" şəbəkəsini digər Britaniya operatoru - "Vodafone" istifadəyə vermək niyyətindədir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, beləliklə, Böyük Britaniya Avropada "5G" şəbəkəsindən istifadəyə başlayan ilk ölkələrdən olub. İndiyədək şəbəkə yalnız İsveçrə və Monako və San-Marino kimi bir neçə kiçik ölkələrdə istifadəyə verilib. Eyni zamanda şəbəkədən artıq ABŞ-da və bəzi Asiya ölkələrində, məsələn, Cənubi Koreyada istifadə olunub. Çin və Yaponiyada "5G" hələ ki istismara verilməyib.

Qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.