Maraqlı

"Apple" tünd rejimli "iOS 13"ü təqdim edib

4 İyun 2019 08:18
0 Şərh     Baxış: 1 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti tünd rejim "Dark Mode"un yer aldığı "iOS 13" platformasını təqdim edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeniliyi "WWDC" konfransında proqram təminatının hazırlaması üzrə vitse-prezident Kreyq Federigi təqdim edib.

"Dark Mode" seçildiyi zaman interfeys və tətbiqlər tünd fon almış olacaq. Qeyd edilir ki, bu funksiya az işıqlı məkanda işləyərkən faydalı olacaq.

"TechCrunch" yazır ki, bu rejim, OLED-displeyli smartfonlarda batareyaların enerjisinə qənaət etməyə imkan verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.