Maraqlı

Məşhur rejissor növbəti filmini Çingizxana həsr edəcək

3 İyun 2019 23:24
0 Şərh     Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Serbiyalı rejissor və musiqiçi Emir Kusturitsa 2020-ci ildə Çingizxan haqqında çəkdiyi filmi təqdim edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, film böyük qırğız yazıçısı Çıngiz Aytmatovun povesti əsasında çəkilir.

"Məndə Çingizxan haqqında film çəkmək ideyası yaranıb. Bu şəxsiyyətə böyük bir film həsr etmək fikrindəyəm", - deyə Kusturitsa bildirib.

Rejissor onu da əlavə edib ki, filmin çəkilişləri o cümlədən Rusiyada da aparılır.

Kusturitsa, eyni zamanda, aktyor olaraq 30-a yaxın filmə ssenari yazıb. Onun ekran əsərləri iki dəfə Kann kinofestivalında "Qızıl palma budağı"nı almaqla yanaşı, Avropada bir çox festivallarda mükafatlar qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.