Maraqlı

BMW 320 min avtomobili geri çağırır

3 İyun 2019 15:57
0 Şərh     Baxış: 1 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın məşhur istehsalçısı BMW Çin bazarında satdığı 320 min avtomobili mühərrik qüsurlarına görə geri çağırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb. Bildirilir ki, avqustun sonundan etibarən 174 min Çin istehsalı və 145 mindən çox idxal edilmiş BMW avtomobilinin geri çağırılmasına başlanılacaq.

Administrasiyanın mütəxəssisləri hesab edir ki, karterin havalandırma sisteminin klapanlarının hazırlanmasında istifadə olunan nasaz materiallar və istehsal səhvləri həddən artıq qızmaya və yanğına səbəb ola bilər.

BMW nasaz detalları öz hesabına dəyişəcəyini bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.