Maraqlı

Vəzifəli şəxsin arvadı şəhərin mərkəzində çılpaq gəzir, SAKİNLƏR İSƏ... - FOTO

2 İyun 2019 20:10
2 Şərh     Baxış: 21 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yəqin ki, hər bir adam Ledi Qodiva haqqında bir dəfə də olsa eşidib. Cəsur qadın şəhərin küçələrində at belində çılpaq gəzmək qərarına gəlir ki, sakinlər vergidən azad edilsinlər. Bu personaj Britaniyada o qədər məşhurdur ki, bütün sakinlər onun haqqında danışılan rəvayətlərin real olmasına inanır.

Milli.Az 11-ci əsrin əvvəllərinə aid olan unikal bir hadisəni oxucuların diqqətinə çatdırır. Əslində həqiqətənmi xanım Qodiva ümumi rifah naminə əynindəki bütün paltarları çıxararaq şəhərdə dolaşıb? Bu sualı aşağıdakı icmalda aydınlaşdırmağa çalışacağıq.

Əfsanədə deyilir ki, gözəl xanım Qodiva qraf Leofrikin (968-1057-ci illər) xanımı idi. Onun həyat yoldaşı Koventri şəhər sakinlərini çox ağır vergilərə məruz qoymuşdu. İnsanlara mərhəmətlə yanaşan xanım Qodiva bir neçə dəfə qrafa vergiləri azaltması üçün yalvarır. Onun təkidlərindən bezən qraf Leofrik dedi: "Əgər sən at belində şəhərin küçələrində çılpaq gəzsən, o zaman vergiləri ləğv edəcəyəm". O, əmin idi ki, bu cür şərt, ərinə sədaqətli Qodiva üçün qəbuledilməzdir. Amma Qodiva bu addımı atır. Onu çox sevən və hörmət bəsləyən şəhərin bütün sakinləri isə təyin olunmuş gündə evlərinin bütün qapı və pəncərələrini bağlamışdılar. Və nəzərə çarpmayan şəkildə Qodiva bütün şəhərdən keçir.

Qraf Qodivanın fədakarlığına heyran qalır və söz verdiyi kimi vergiləri azaldır. Əfsanənin bəzi versiyalarına görə, şəhərin Tom adlı bir sakini (Tom Peeping) pəncərədən baxmaq istəyəndə gözləri o an kor olur.

İlk dəfə bu hadisəni öz xronikasında 1188-ci ildə rahib Rocer Vendrover yazır - ledi Qodivanın ölümündən 100 ildən artıq vaxt keçəndən sonra. O, hətta hadisələrin dəqiq tarixini də göstərir - 10 iyul 1040-cı il.

Xanım Qodiva haqqında əfsanə o qədər məşhur idi ki, 13-cü əsrdə ingilis kralı I Eduard bu qeyri-adi hadisə haqqında bütün həqiqəti aydınlaşdırmaq qərarına gəlir. Nüfuzlu səlnamələrə görə o vaxtlar həqiqətən də Koventri şəhəri sakinlərinin vergiləri ləğv edilib. Lakin heç bir rəsmi salnamələrdə çılpaq qadına rast gəlinmir.

Qodiva və Leofrik haqda yazılarda qeyd olunur ki, 1043-ci ildə qraf Koventri şəhərində kilsə tikdirib və 24 kəndin idarəçiliyini bu kilsəyə verib. Xanımı Qodiva isə çox dindar və mərməhətli qadın idi, o, kilsəyə səxavətli ianələr edir, ölümqabağı isə bütün torpaqlarını kilsəyə bağışlamışdı. Qraf və xanımı həmin monastrda dəfn olunub.

Bəzi tədqiqatçılar isə çılpaq qadın haqda sualların cavabını bütpərəstlik dövrünün folklorunda tapır. Onlara görə, normanların Britaniyanı işğal etməsindən əvvəl Koventri ərazisində anqlar tayfası yaşayırdı. Onlar Qoda adlı ilahəyə sitayiş edirdilər. Hər il yayın ortalarında ilahəyə ehtiram yürüşləri təşkil olunurdu. Və onlara at belində olan çılpaq kahin qadın başçılıq edirdi.

Öz növbəsində katolik keşişlər bütpərəstlik etiqadının birdəfəlik kökünü kəsmək üçün folkloru kilsənin qanunlarına uyğun olaraq dəyişiblər. Ona görə də, bütpərəstlik kahininin obrazını dindar, şəfqətli, vergilərin ləğvinə nail olan xanım Qodiva ilə əvəzləyiblər.

1678-ci ildən başlayaraq indiyə qədər, Koventri sakinləri ledi Qodivanın şərəfinə xüsusi festival təşkil edirlər.

Zaur Həsənəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.