Maraqlı

Apple şirkəti qatlana bilən cihazın patentini əldə edib

4 İyun 2019 23:15
0 Şərh     Baxış: 1 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın ticarət nişanları və patentləri üzrə idarəetmə komissiyası Apple şirkətinin elastiki ekrana sahib qatlana bilən smartfon modelinin patentini qeydiyyatdan keçirdib. Beləliklə şirkət gələcəkdə qatlana bilən iPhone ilə iPadmodellərini istehsal edə bilər. Bu barədə 4pda saytı xəbər verib. Patentin qeydiyyat sorğusu hələ 2018-ci ilin yanvar ayında göndərilmişdi. Lakin məhz indi həmin patent rəsmi olaraq qeydiyyatdan keçirilib.

Milli.Az technote.az-a istinadən bildirir ki, patentdə qatlana bilən ekran ilə qapağa sahib olan cihazdan bəhs olunur. Patent fotolardan da görmək olar ki, cihaz kitab kimi qatlana bilir. Təəssüflər olsun ki, patent məlumatları arasında cihazın texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, bu, Apple şirkətinin ilk qatlana bilən cihazın patent sorğusu deyil. Şirkət daha öncə də bu texnologiyanın istifadəsi üzrə müxtəlif variantların patentini almışdı. Analitiklərin fikrincə qatlana bilən iPhone ilə iPad modellərini 2020 və ya 2021-ci ildən tez gözləmək lazım deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.