Maraqlı

Hər üçüncü yeniyetmə smartfondakı bildirişləri yoxlamaq üçün gecə oyanır

4 İyun 2019 08:55
0 Şərh     Baxış: 1 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın qeyri kommersiya təşkilatı olan Common Sense tədqiqat apararaq aşkar edib ki, amerikalı yeniyetmələr və onların valideynləri yatmazdan öncə öz smartfonları ilə qarşılıqlı əlaqədə olurlar. Bu barədə Axion saytına istinadən Rusbase saytı xəbər verib. Həkimlər adətən məsləhət görürlər ki, yatmazdan 1 aat öncə ümumiyyətlə smartfondan istifadə edilməsin.

Milli.Az technote.az-a istinadən bildirir ki, lakin yeniyetmələrin 70%-i və yaşca böyük olan insanların 60%-i bu qaydanı pozur. Yeniyetmələrin 39%-i yatmazdan öncə smartfonla yarım saat vaxt keçirdir və həmin yeniyetmələr öz smartfonlarını yataqlarına yaxın yerə qoyurlar. Yeniyetmələrin 29%-i isə öz smartfonlarını yataqlarında qoyur. Hər üçüncü yeniyetmə gecə bir dəfə də olsun oyanaraq smartfondakı bildirişləri yoxlayır. Hər dördüncü valideyn də bu işi səhərə saxlamaq gücündə deyil.

Yüksək yaşlı insanlar çox zaman etiraf edirlər ki, onlar smartfonla daha çox zaman keçirdirlər. Bu mövzuda 52% göstərici valideynlərdə, 39% isə yeniyetmələrdədir. Bundan əlavə olaraq yeniyetmələrin 39%-i öz valideynlərinin smartfonla daha az zaman keçirtmələrini istəyir. Buna baxmayaraq bir çox ailələr (52% valideyn və 72% uşaq) smartfondan mütəmadi istifadədə ailə üzvləri arasında ünsiyyətə zərər verə biləcək bir şey görümürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.