Maraqlı

iPhone XR 2019 modelinin hansı rənglərdə olacağı məlum oldu

4 İyun 2019 08:05
0 Şərh     Baxış: 1 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yaxınlarda "iPhone XR" modellərinin dizayn görüntüləri ortaya çıxdı.

Milli.Az chip.az-a istinadən bildirir ki, bu ilin modellərində keçən ildə olduğu kimi eyni rəng palitrası olacaq, dizaynda radikal dəyişiklik olmayacaq.

Beləliklə, bu ilki "iPhone XR"lər  qızılı, boz və qara rəngdə təqdim olunacaq. Hazırda müxtəlif operatorlar üçün nəzərdə tutulan qırmızı telefonlar da mövcud olacaq.

Yeni rənglər isə bir qədər fərqlidir. Məsələn, bu dizaynlarda mövcud olan parlaq qızıl sarısı mat tonu ilə əvəzlənir. Kameranın arxa hissəsində yerləşən kamera diqqət çəkir. "Apple" bu hissəni daha kiçik bir şəkildə dizayn edə bilərdi, lakin XS ilə eyni dizaynı saxlamaq üçün bu formada tətbiqetdikləri ehtimal olunur.

"İPhone XR 2019" model ekranının ölçüsünün dəyişilməsi gözlənilmir. Telefon 6.1 düym olacaq və LCD ekranlı ən son "iPhone" modeli olacağı bildirilir. Cihazda yeni Apple A13 çip dəstinin mövcud olacağı ehtimal olunur. Bundan başqa əvvəlki modellərdə istifadə edilən eyni kamera sistemi tətbiq ediləcək. Bu kamera modulları X və ya XS ilə eyni modul ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.