Maraqlı

Bitkoin 30 min dollara çatacaq – 3 ƏSAS SƏBƏB

1 İyun 2019 19:35
0 Şərh     Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər bu 3 vacib amil həyata keçərsə bitcoin yaxın gələcəkdə 30 min dollar ola bilər. FED.az xəbər verir ki, bunu Bloombergin efirində Honkonq Universitenin professoru eyni zamanda investisiya şirkətinin analitiki Kenetic Capital Djixan Çu bildirirb.

Eləcə də bax: Bu ölkə vətəndaşları bitkoinin bahalaşmasına təsir ediblər

Onun sözlərinə görə Facebook , Uber və halvinq, tezliklə bitkonin dəfələrlə bahalaşmasına səbəb ola bilər.  

Milli.Az fed.az-a istinadən bildirir ki, kriptovalyuta sahəsinə Fidelity, JPMorgan, Uber və Facebook kimi böyük şirkətlərin gəlməsi rəqəmsal valyutaların bahalaşmasına səbəb olacaq. Bu təsir digər kriptovalyutalarla yanaşı bitkoindən də yan keçməyəcək deyə  Çu bildrib.

Bundan başqa bitconin bahalaşmasına həmçinin maynerlərə kriptovalyuta çıxarmasına görə verilən ödənişin(halvinq) iki dəfə azalması da qiymət artımına təsir edən amillərdən olacaq deyə o qeyd edib.

Kenetic Capital Djixan Çunun sözlərinə görə, IPO Uber və Lyft  - nin süqut etməsi hazırda bir çox yeni investisiya alətləri axtaran investorların da diqqətini məhz bitkoinə cəlb edir.

Həmçinin bitkoinin sayəsəndi altkoinlərin də bahalaşacağı gözlənilir. Eyni zamanda Ripplenin də banklarla çoxlu sayda müqavilələr imzalayacağı  məlumatda bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.