Maraqlı

Qadın yuxudan oyandı, piton ilanla göz-gözə gəldi

31 May 2019 11:46
0 Şərh     Baxış: 2 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyada bir qadın yuxuda olanda evinə ilan girib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, yuxudan oyanan qadın nəhəng piton ilanı ilə rastlaşanda sakitçiliyini qoruduğu üçün sağ qalıb.

Hadisə Birsbeyn şəhərində baş verib. Selli Stent adlı qadın səfərdən evinə qayıdaraq yatağına girib və yatıb. Gecə yarısı üzündə bir şey hiss edən qadın gözlərini açanda böyük bir ilanın ona doğru yaxınlaşdığını görüb. Sakit bir şəkildə otaqdan çıxan qadın soyuqqanlığını qoruduğu üçün sağ qalıb.

O, atasının yanına gedərək olanları deyib. 15 dəqiqə atasını sakitləşdirib. Sonunda isə otağa girəndə ilanı görməyiblər. Bu səbəbdən evə ilan mütəxəssisi çağırılıb. Mütəxəssis ilanı gizləndiyi yerdən çıxarıb. O, ilanın yediyi ovunu həzm etmək üçün təhlükəsiz yer axtararkən evə girmiş ola biləcəyini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.