Maraqlı

Yunanıstanda əhalinin qocalması davam edir

29 May 2019 22:40
0 Şərh     Baxış: 1 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya əhalisi qocalır. Bu barədə mayın 28-də BMT tərəfindən təqdim olunan statistik göstəricidə bildirilir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məlumat verilir ki, hazırda dünyada 5 yaşına çatmamış uşaqların sayı 679 milyon, 65 yaşından yuxarı olanların sayı isə 681 milyondur və tendensiya yaşlıların çoxalmasına doğru gedir. Ekspertlərin fikrincə 2050-ci ildə dünyada 701,6 milyon 5 yaşına çatmamış uşaq və 1,5 milyard 65 yaşını keçmiş insan olacaq. Ümumiyyətlə isə 2050-ci ilə kimi, dünya əhalisinin 7,7 milyard nəfərdən 9,7 milyard nəfərə çatacağı gözlənilir.

Yunanıstan əhalisi proqnozlara görə azalaraq 11,1 milyon nəfərdən 9,98 milyon nəfərə çatacaq. Məruzədə bildirilir ki, Yunanıstanda qocalma artıq 10 ildən çoxdur ki, müşahidə olunur. Belə ki, 65 yaşından yuxarı olanlar 5 yaşında olanlardan daha çoxdurlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.