Maraqlı

Məşhur aktyor Trampdan danışdı

29 May 2019 07:28
0 Şərh     Baxış: 1 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Oskar" mükafatı laureatı, dörd dəfə "Qızıl qlobus" mükafatına layiq görülmüş, "Namümkün missiya" filminə görə daha da məşhurlaşmış aktyor Con Voyt öz Tvitter səhifəsində prezident Donald Tpampı dəstəkləyən iki videoçarx yerləşdirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, prezident Tpampı "Avraam Linkolndan sonra ABŞ-ın ən böyük lideri" adlandıran Con Voyt Respublikaçılar partiyasını fəaliyyətdə olan prezidenti dəstəkləməyə çağırıb. Aktyor "solları" tənqid edərək deyib ki, prezident Tramp nə edirsə düz edir, məhz onun sayəsində Amerika daha güclü və daha təhlükəsiz olub, çoxlu iş yerləri yaradılıb.

Voyt Donald Trampın qızğın tərəfdarıdır. O hələ 2016-cı ildə, Trampın seçki kampaniyası dövründə sosial şəbəkələrdə dərc etdiyi videoda ondan "Amerikanı xilas etməyi" xahiş edirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.