Maraqlı

Alsunun qızının yerinə birinci onu seçdilər

27 May 2019 15:42
0 Şərh     Baxış: 1 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Birinci kanalında yayımlanan qalmaqallı "Səs uşaqlar- 2019" mahnı müsabiqəsinin yenidən finalı baş tutub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə şounun birincisi Erjan Maksim olub.

Çəkilişə bütün iştirakçılar qatılıb, lakin gecədə qalibiyyəti əlindən alınan Rusiya estrada ulduzu Alsunun qızı Mikela iştirak etməyib. O, İnstaqram səhifəsində post paylaşaraq ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.

Xatırladaq ki, Mikela finalda ən çox - 61,8 faiz tamaşaçı səsi toplayaraq ad gününə üç gün qalmış yarışmanın qalibi seçilib. Tamaşaçıların böyük bir qismi Mikellanın bu qələbəyə layiq olmadığını, səsvermənin ədalətsiz keçirildiyini bildirib. Bəziləri isə yarışmanın finalının "alındığını" yazıblar. Daha sonra Birinci kanal araşdırma aparıb və yaydığı bəyanatda nəticələrin ləğv olunduğunu elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.