Maraqlı

Məşhur aktrisa vəliəhdini açıqladı

27 May 2019 11:35
0 Şərh     Baxış: 5 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yeşilçam"ın ulduzu Fatma Girik vəliəhdinin adını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur aktrisa Türkiyə KİV-nə açıqlamasında Tuba Büyüküstünü bəyəndiyini qeyd edib:

"Möhtəşəm bir qızdır. Onu özümə çox bənzədirəm. Arzu edirəm ki, bəxti hər zaman açıq olsun. Mən bütün gəncləri sevirəm. Gözəl işlər görsünlər. Biz yoxluqdan çox şeylər etmişik. Onlar böyük texnikanın olduğu bir dövrdə yaşayırlar. Bunun qiymətini bilsinlər, yollarından dönməsinlər. Hər biri ulduz ola bilər. Ulduzlar da axır, yerində durmur. Bir film və serialda parlaya bilərsən, amma müəyyən vaxtdan sonra küçədə gedsən tanımazlar. Çox işləmək lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.