Maraqlı

Yayda sağlam və gümrah olmaq üçün əməl edəcəyiniz 7 qayda

26 May 2019 18:23
0 Şərh     Baxış: 4 227

Sağlam orqanizmə sahib olmaq hər bir insanın arzusudur. Amma çoxları bilmir ki, kişi orqanizmi ilə qadınınki fərqlidir. Yəni, kişilər üçün xeyirli olan qidalar, xanımlara ziyan verə bilərlər. Buna görə də mütəxəssislər kişilər üçün hər zaman fərqli pəhriz, xeyirli qidalar siyahısı hazırlayırlar.

Milli.Az Axşam.az-a istinadən güclü cinsin nümayəndələri üçün sağlam qalmağın 7 yolunu təqdim edir:

1. Sağlamlığın ilk dostu idmandır. Əgər idman etməyə vaxtınız yoxdursa, onda... Mütəxəssislər məsləhət görürlər ki, səhər işə gedərkən liftdən yox, pilləkəndən istifadə edin. Özüdə pilləkənləri yavaş-yavaş yox, qaça-qaça çıxıb-düşməyə çalışın.

2. Boyun ağrısını özünüz müalicə edin... İşiniz oturaqdırsa və ya gün ərzində kompüter qarşısından dura bilmirsinizsə, onda sözsüz ki, boynunuzda və belinizdə ağrılar olacaq. Qələmi dişlərinizin arasına qoyun və əlifbadakı bütün hərfləri - A-dan Z-yə kimi hamısını havada yazmağa çalışın. Yorulmasanız, özünüzün və sevgilinizin də adını "yaza bilərsiniz".

3. Xəstələnməmək üçün... Dəniz duzu alın. Ondan 1 çay qaşığı ilıq suya töküb, hər səhər qarqara edin. Bu, həm dişlərinizi möhkəm, bəyaz saxlayacaq, həm də sizi qrip və boğaz ağrısından qoruyacaq.

4. Özünüzü yorğun hiss edirsinizsə... İşdən gələndən sonra ilıq suya təmiz bal töküb, qarışdırın. Həmin su ilə alnınızı və çiyinlərinizi masaj edin. Bu, qan dövranını yaxşılaşdırırb, maddələr mübadiləsinin normal dövriyyəsinə kömək olacaq. Həm də xizi başağrısından xilas edəcək.

5. Həmişə enerjili olmaq üçün... Gecə yatmazdan əvvəl 11 dəqiqə qulağınızın sırğalığını masaj edin. Bu, kişilərdə impotentlik riskini 90 faiz azaldır.

6. Əsəblərinizi sakit saxlamaq üçün... İspanaq və vəzərini ət maşınından keçirib, hər gün onun suyundan 2 xörək qaşığı qəbul etsəniz dünya dağılsa da vecinizə olmayacaq.

7. Yeməkdən sonra mədədə narahatçılıq varsa... Yeməkdən sonra bir dilim banan yemək mədədəki narahatçılığı aradan qaldırar.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.