Maraqlı

Atlantik okeanını çəlləkdə üzüb keçən fransızdan ETİRAF

26 May 2019 13:04
0 Şərh     Baxış: 1 540

Atlantik okeanını çəlləkdə üzüb keçən fransız səyyahı Jan-Jak Saven həmişə əla formada qalmağın sirrini açıb. Onun sözlərinə əsasən, bunun üçün qadınları sevmək, idmanla məşğul olmaq və yaşa fikir verməmək lazımdır. 

Milli.Az Oxu.az-a istinadən bildirir ki, yanvarda 72 yaşı tamamlanmış Saven Atlantik okenında mühərriksiz, ancaq külək və cərəyanlar hesabına üzən çəlləkdə səyahətə çıxmışdı. O, öz səfərinə 2018-ci ilin dekabrında El Yerro adlı kiçik adadan başlamış, 127 gündən sonra isə Karib dənizinin sularına daxil olmuşdu.

"Mən sizə belə deyəcəyəm: qadınları sevmək lazımdır, vəssalam", - deyə Saven "RİA Novosti"yə müsahibəsində bildirib.

O, həmçinin əlavə edib ki, yaşa məhəl qoymadan idmanla məşğul olmaq lazımdır: "Yaş sadəcə rəqəmdir. Əsas zehnin vəziyyətidir".

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.