Maraqlı

Metabolizmanı cavanlaşdırmaq üçün nələr etməli?

25 May 2019 23:52
1 Şərh     Baxış: 1 707

İnsan yaşa dolduqca metabolizma sürəti getdikcə yavaşlayır. Çünki, gənclərin  bədəni daha çox kalori yandırır. Bu da hüceyrələrdə gedən bölünmə və böyümə prosesləri ilə əlaqədardır.

Bəs yaşa dolduqca bu sürəti saxlamaq və kilo almamaq üçün nələrə diqqət etməliyik?

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, tədqiqatlar göstəri ki, səhər yeməyi yeyən insanlar yeməyənlərə nisbətdə iki dəfə daha tez kilo alır. Bu insanların şəkərə tutulma riski də çoxdur.

Oyandıqdan sonra 30 dəqiqə ərzində səhər yeməyinizi yeyin. Beləcə, siz metabolizmanı daha tez "işə salacaqsız".

Gün ərzində 2 litr su için. Susuz qalmaq metabolizmanı zəiflədən ən önəmli faktorlardandır. Bundan əlavə, yaşa dolan dərinin suya daha çox ehtiyacı var.

Meditasiya edin. Stres bəzən insanda həddən artıq yemək istəyi yaradır. Bununla mübarizə aparmaq üçün bədəninizi və zehninizi dinləndirin.

Gündə ən az 30 dəqiqə gəzin. Bəzən iş çoxluğundan idmana vaxt ayırmaq mümkün olmur. O zaman vəziyyətdən ən yaxşı çıxış yolu gəzməkdir. Liftdən istifadəni dayandırın. Bu eyni zamanda dayaq-hərəkət sisteminiz üçün olduqca faydalıdır.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Gülü · 26 May 07:5710

    Salam. Məlumatınızı yazanda diqqətli olun, zəhmət olmasa. Elə yazmısınız ki, səhər yeməyinin ziyanlı, ya faydalı olması aydınlaşmır. İnsanların sağlamlığı ilə oynamayın

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.