Maraqlı

Turanın tapıntısı alimləri ŞOKA SALDI - FOTO

27 May 2019 00:45
3 Şərh     Baxış: 16 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Adıyaman şəhərinin Gərgər qəsəbəsində çobanlıq edən 38 yaşlı Turan Cingöz aşkar etdiyi tapıntı ilə alimləri şoka salıb.

Milli.Az xəbər verir ki, çoban heyvanları örüşə apardığı zaman qayalıqların arasında yumurta boyda fərqli nəsnələr görüb.

O, tapıntının fotosunu çəkib və sosial media hesabında paylaşıb. Bu fotolar Adıyaman Muzey Müdirliyinin işçisinin diqqətini çəkib. Nəticədə məlum olub ki, tapıntılar adi daşlar deyil, 85 milyon illik dəniz şabalıdının fosilləridir.

Fosillər muzey işçiləri tərəfindən götürülüb və analiz üçün mütəxəssislərə həvalə edilib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.